Previous Next
Bağla

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019 10:31
Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

2019-cu ilin avqust ayında Azərbaycana gəlmək üçün “ASAN Viza” alan əcnəbi vətəndaşların sayı rekord həddə çatıb.

Belə ki, ötən ay ərzində Azərbaycana gəlmək üçün 134 fərqli ölkədən 125 424 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza müraciəti edib. Bu da avqust ayının “ASAN Viza”nın yarandığı tarixdən ən çox müraciət edilən ayı olması ilə yanaşı, həmçinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir.

Azərbaycana avqust ayı ərzində e-viza üçün ən çox müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, Hindistan, Pakistan, İran, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt və Türkmənistan vətəndaşlarıdırlar. “ASAN Viza” vasitəsi ilə avqust ayında ümumi vizaların 44 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür.

Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilirlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir. 2019-cu ilin ilk 8 ayına nəzər saldıqda isə, “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% artıb.

Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən bu günədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 94 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət

Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN Viza beynəlxalq mükafata layiq görülüb

20-12-2018

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

“ASAN Viza” sistemində yenilik

15-05-2017

Yerli vətəndaşlara da ASAN Viza veriləcək

31-03-2018

ASAN Viza-nın facebook səhifəsi NETTY2019-un qalibi olub

22-06-2019

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

23-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə