Previous Next
Bağla

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015 15:16
E-viza almaq üçün qaydalar təsdiqləndi

Azərbaycana gələn turistlərin viza almaq hüquqi ilə bağlı qayda təsdiq olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.

Bu qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Qeyd edək ki, "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq, əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ verib. Hazırda ilkin olaraq elektron turist viza sistemindən istifadə etmək həvalə olunan turizm şirkətləri "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"na uyğun olaraq akkreditasiyadan keçirilir.

Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) alan və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün Nazirliyə müraciət edə bilərlər.

Xatırladaq ki, elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
45 min əcnəbiyə elektron turist vizası  verilib

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016
Turistlər elektron vizanı necə əldə edə bilər?

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015
Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016
Elektron vizaların verilməsində dəyişiklik edildi

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012
Elektron viza məsələsində problemlər var

Elektron viza məsələsində problemlər var

14-07-2015
Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016
“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018
 Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023
3 saat ərzində e-viza almaq imkanı-Yenilik

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017
“ASAN Viza”-dan  ilk elektron viza alan əcnəbilər-Foto

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017
Daha bir ölkə ASAN Viza ala biləcək

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018
COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024
Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015
Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022
Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009
“ASAN Viza” sistemində yeniliklər edilib

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017
Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016
ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019
Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

22-02-2016
Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009
“ASAN Viza” sistemində yeniliklər

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017
ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015
Portaldan daha bir yenilik

Portaldan daha bir yenilik

05-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə