Previous Next
Bağla

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019 10:04
Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

12 mart 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində “Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib.

Xeberler.az  bildirir ki, startaplar, yerli və beynəlxalq İKT şirkətləri və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbir blokçeyn (blockchain) texnologiyasının yaranması və inkişaf perspektivləri, onun innovativ sahibkarlıq fəaliyyətində tətbiqi mövzularını əhatə edib. İnnovativ sahibkarlıqda tətbiq olunan blokçeyn texnologiyası yeni nəsil innovasiya xidmətləri infrastrukturunun əsasını təşkil edəcək mühüm texnologiyalardan biri hesab olunur. Son illər bir sıra inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda bu texnologiyaya maraq sürətlə artmaqdadır.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov bildirib ki, Fond innovativ sahibkarlıq fəaliyyətində yüksək texnologiyaların tətbiqinin təşviqinə xüsusi diqqət ayırır, startaplar və İKT şirkətləri üçün müxtəlif tədbirlər və proqramlar həyata keçirir. A.Bayramov qeyd edib ki, blokçeyn texnologiyası innovativ sahibkarlıq və biznes proseslərinin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflaşdırılması, təhlükəsizliyi və sürətləndirilməsi məqsədilə istifadə olunur.

“Blokçeyn texnologiyasına əsaslanan kriptovalyutaların yaranması və getdikcə genişlənən tətbiqi son illərin mühüm trendlərindəndir. Blokçeyn texnologiyası təkcə rəqəmsal pul vahidləri deyil, sistem reyestrləri, İT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur”. O bildirib ki, artıq ölkəmizdə də həm özəl, həm dövlət sektorunda blokçeyn texnologiyalarının tətbiqinə başlanılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb və Agentliyin Nizamnaməsi təsdiq edilib. O, İnnovasiyalar Agentliyinin innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kreditlə maliyyələşdirən, ümumilikdə, innovasiya təşəbbüskarlığını təbliğ edən bir qurum olacağını diqqətə çatdırıb.

“Bu xüsusda, yerli sahibkarlıq subyektlərinə texnoloji həllərin transferində yardım göstərən Agentlik blokçeyn texnologiyasının təşviqini də diqqətdə saxlayacaq”- deyə şöbə müdiri əlavə edib. Seminarda ölkəmizdə blokçeyn texnologiyalarının tətbiqi ilə həyata keçirilən və planlaşdırılan layihələrin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Nazirlik rəsmisi: Blokçeyn texnologiyalarından istifadə artdıqca bu sahə tənzimlənəcək

12-03-2019

Blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir

16-05-2019

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

İqbal Babayev: Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik

12-04-2019

SİM kartsız işləyən ilk smartfon təqdim edilib

15-10-2018

Blokçeyn Azərbaycan Mərkəzinin toplantısı keçirilib.

07-06-2018

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018

Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

09-03-2018

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

27-02-2019

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

06-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə