Previous Next
Bağla

Fransadan İT sahəsində çalışanlar üçün xüsusi viza proqramı

18-01-2017 13:18
Fransadan İT sahəsində çalışanlar üçün xüsusi viza proqramı

Fransa texnologiya sahəsində çalışan bacarıqlı insanlar üçün yeni bir viza proqramı hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, French Tech Visa adındakı yeni viza proqramı texnologiya sahəsindəki startaplar, sahibkarlar və sərmayəçiləri əhatə edir.

Dörd illik olan bu viza immiqrantların ailələrinə də verilir.

Avropa Birliyinə (AB) üzvü olmayan ölkələrdə texnologiya sahəsindəki  istedadlı şəxsləri hədəfləyən bu vizanı almaq üçün birbaşa müraciət etmək mümkündür. Bununla yanaşı, viza Fransadakı fərqli  akselerasiyalara və startap yarışmalarına qatılmaq üçün də kifayət edir.

Viza ilə bağlı detalları CES 2017-də TechCrunch vasitəsi ilə yayımlayan Fransanın Rəqəmsal məsələləri üzrə naziri Axelle Lemaire bu proqramlarla birgə işləyəcəklərini və proqramlarda iştirak etmək hüququ qazanan şəxslərə viza verəcəklərini  deyib.

Qeyd edək ki, bu vizanı əldə etməyin digər  asan yolu isə Fransa startapları ilə işləməkdir. Bildirilir ki, Fransanın öndə gələn 100-dən çox startap  siyahısı hazır olduğu zaman bu şirkətlər tərəfindən işə götürüləcək proqramçı, dizayner və digər işçilərin texnologiya vizasından yararlanması təmin ediləcək.

Məlumata görə, vizanı aldıqdan sonra şirkətdən ayrıldığınız təqdirdə də viza haqqı əlinizdən alınmayacaq. Yəni,viza bitənə qədər Fransada yaşamaq və işləmək mümkün olacaq. Həmçinin, Fransanın bir VC şirkətində və yaxud da beynəlxalq bir firma olub Fransada ofis açan VC şirkətlərində çalışan investorlar da bu viza proqramına daxil ediləcək.

Siyahıda yer almayan digər texnologiya şirkətlərində çalışacaq immiqrantlar üçün isə yeni təqdim edilən Le Passeport Talent, yəni qabiliyyət pasportu proqramı təklif edilir. Bu proqram texnologiya, incəsənət və digər (mütəxəssis çatışmazılığının olduğu) sahələrdə işçi gücünün Fransaya cəlb edilməsini təmin edir.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Litvada iş qurmaq istəyən startaplar üçün yeni imkan

01-03-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza” sistemində yenilik

15-05-2017

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

Avropa İttifaqı Azərbaycan üçün yeni viza qaydaları tətbiq edir

29-04-2015

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Azərbaycan COP29 iştirakçıları üçün xüsusi vizanı tətbiq edib

04-11-2024

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

“ASAN viza” portalı təqdim ediləcək

15-12-2016

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

Çin yeni viza kateqoriyasının tətbiqi barədə qərar qəbul edib

15-08-2025

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə