Previous Next
Bağla

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010 15:14
Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

Azərbaycanın Mətbuat Şurası Azərbaycandakı internet-xəbər resurslarında jurnalistlərin peşə davranışı qaydalarının pozulmasına nəzarət edəcək.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. \"Azərbaycanda bəzi məqamlarda internet-xəbər resurslarından istifadə olunarkən, insanlar haqqında xəbərlər verilərkən jurnalistlərin peşə davranışı qaydalarının tələbləri pozulur. Mətbuat Şurası bu məsələlərlə bağlı fəaliyyətini genişləndirib. Biz artıq internet-resurslarla bağlı şikayətləri də qəbul edirik, onlara baxırıq. Bu vaxtdan etibarən Şuraya internet-resurslarla bağlı şikayətlər ünvanlanarsa, həmin şikayətləri Mətbuat Şurası qəbul edəcək və araşdıracaq\", - Amaşov əlavə edib. Hazırda Azərbaycanda 20-yə yaxın populyar internet-xəbər resursu fəaliyyət göstərir. Onun sözlərinə görə, gələn ilin yanvar ayında internet-xəbər resurslarına nəzarət məsələsi ilə bağlı xüsusi tədbir də keçiriləcək. \"Həmin tədbirdə bu sahədəki real vəziyyətlə bağlı hesabat təqdim olunacaq. O vaxta qədər araşdırma aparılacaq ki, vəziyyəti öyrənək. Bundan sonra isə həmin sahənin nümayəndələri ilə mütəmadi olaraq birgə fəaliyyət göstərmək və çalışmaq lazımdır ki, materiallar jurnalistlərin peşə davranışı qaydalarına uyğun olsun və çərçivəni aşmasın. Bu sahədə Azərbaycan Mətbuat Şurasının geniş planları var\", - o qeyd edib.

Mətbuat Şurasının sədri qeyd edib ki, internetdəki sosial şəbəkələrə də nəzarət etməklə bağlı fikirlər var. \"Avropa Mətbuat Şuraları Alyansında həmin məsələ müzakirə mövzusu olub. Sosial şəbəkələrə azad istinad mənbəyi kimi yanaşılır. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirir. Xüsusilə, bir sıra terror təşkilatları bu şəbəkələr vasitəsilə təbliğatlarını aparırlar. Buna görə də həmin şəbəkələrdə etik davranış qaydalarının necə istifadə olunmasına nəzarət etmək lazımdır\", - Amaşov vurğulayıb. Onun sözlərinə görə, artıq bu istiqamətdə Böyük Britaniyada təcrübə var, lakin nəzarət müvəffəqiyyətə nail ola bilməyib. \"Hələlik bu nəzarətin necə və hansı formada olması ilə bağlı müzakirələr aparılır. Mətbuat Şuraları Alyansının gələn il Rusiyada keçiriləcək toplantısında sosial şəbəkələrə nəzarət məsələsi əsas müzakirə mövzularından biri olacaq\", - Şura sədri deyib. Mətbuat Şurası Azərbaycandakı internet-xəbər resurslarında jurnalistlerin pese etikasini riayet etmediklerini soyleyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010
Azərbaycan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında təmsil olunacaq

Azərbaycan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında təmsil olunacaq

08-07-2009
Əflatun Amaşov Amsterdamda Facebookdan danışdı

Əflatun Amaşov Amsterdamda Facebookdan danışdı

05-11-2010
«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prizedenti seçilib

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prizedenti seçilib

13-07-2009
Əflatun Amaşov sədrin birinci müavini təyin olunub

Əflatun Amaşov sədrin birinci müavini təyin olunub

17-09-2019
“İnternet portallara dövlət yardımları ayrılmalıdır”

“İnternet portallara dövlət yardımları ayrılmalıdır”

06-03-2013
“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07-09-2010
Cahangir Məmmədli: «Peşə etikası daha çox müxalifət və iqtidar mətbuatında pozulur»

Cahangir Məmmədli: «Peşə etikası daha çox müxalifət və iqtidar mətbuatında pozulur»

05-12-2009
KİV-lə bağlı beynəlxalq konfrans Bakıda keçirilə bilər

KİV-lə bağlı beynəlxalq konfrans Bakıda keçirilə bilər

27-11-2009
“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

06-10-2009
KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb

KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb

04-04-2009
MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

11-09-2009
Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

21-10-2009
Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

17-01-2018
Əflatun Amaşov: “Fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatı ləğv olunsun”

Əflatun Amaşov: “Fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatı ləğv olunsun”

03-09-2009
 Mətbuat Şurası peşə etikasıyla bağlı üç aylıq hesabat təqdim edib

Mətbuat Şurası peşə etikasıyla bağlı üç aylıq hesabat təqdim edib

19-06-2009
Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

23-09-2010
Amaşov “APA”  və “Turan” informasiya agentlikləri arasındakı gərginliyə münasibət bildirib

Amaşov “APA” və “Turan” informasiya agentlikləri arasındakı gərginliyə münasibət bildirib

19-06-2009
Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31-10-2009
Dövlət hansı saytlara maliyyə ayıracaq?

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016
Parlament seçkilərində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib

Parlament seçkilərində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib

18-09-2010
Dövlət internet mediaya dəstək göstərəcək

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016
Öz kontenti olan xəbər portalları dəstək ala biləcək

Öz kontenti olan xəbər portalları dəstək ala biləcək

03-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə