Previous Next
Bağla

Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

21-10-2009 19:34
Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

Oktyabrın 22-də Mətbuat Şurası İdarə Heyətinin iclası keçiriləcək. Məlumatı “Media forum” saytına verən qurumun icraçı direktoru Rəhim Hüseynzadənin sözlərinə görə, gündəliyə “Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”nın yeni hazırlanmış qaydalarına baxılması məsələsi daxil edilib. İdarə Heyətinin şikayətlər üzrə komissiyanın rəyləri üzrə qərarlar qəbul edəcəyi gözlənir: “Yəqin ki, iclasda “reket qəzetlər”in yeni siyahısı açıqlanacaq”.

“Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”na dəyişiklik layihəsində “reket” qəzetlər siyahısına daxil olunan mətbuat orqanlarının monitorinqinin aparılması yer alıb. Daha bir dəyişiklik adı “qara siyahı”ya daxil olan qəzetin üzərindən qınağın götürülməsi ilə bağlıdır. Əsas məsələ qəzet üzərində qınağın götürülməsinin müddəti məsələsidir. Yəni qınaq 6 ay, 1 il qəzet üzərində qala və bu müddət ərzində onun monitorinqi keçirilə bilər. Əgər bu müddətdə həmin qəzet etik qaydalara uyğun fəaliyyət göstərərsə, ondan Mətbuat Şurasına heç bir şikayət daxil olmazsa, həmin qəzetin adı “reket” siyahısından çıxarıla bilər.

“Mətbuat Şurasının “reket KİV-ləri”nin müəyyənləşdirilməsi ilə bağlı təlimatları”nda hansısa KİV-in adının “qara siyahı”ya daxil edilməsi üçün həmin KİV-in peşə-davranış qaydalarını mütəmadi pozması, ondan şuraya dəfələrlə şikayət daxil olması və bu kimi başqa hallar göstərilir. Təlimatlarda deyilir ki, jurnalist öz şəxsi mənafeyi üçün obyektlərdə olub, telefon, yaxud məktub vasitəsilə səlahiyyət sahiblərini hədələyib, qorxudubsa, yalan informasiyalar yazıbsa, şantaj edibsə, onun çalışdığı KİV-in məsələsi Mətbuat Şurasında müzakirəyə çıxarılmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 7 mətbuat orqanının “reket nəşr” elan olunması ilə bağlı təqdimat verilib

29-12-2009

Azərbaycanın Mətbuat Şurası reket qəzetlərin yeni siyahısını açıqlayıb

23-10-2009

“Reket” qəzetlər Azərbaycan Nəşriyyatından çıxarılıb

15-06-2009

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin yeni siyahısını hazırlayır

27-08-2009

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin növbəti siyahısını açıqlayıb

18-04-2009

Mətbuat Şurası “reket” nəşrlərlə bağlı vergi orqanlarına müraciət edəcək

27-06-2009

KİV-ə Dəstək Fondu Lənkəranda konfrans keçirib

11-11-2009

Azərbaycan Mətbuat Şurası 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb

21-07-2009

3 qəzet, 1 sayta xəbərdarlıq edildi

18-12-2010

Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11-01-2011

Mətbuat Şurası bu ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb

05-08-2009

Mətbuat Şurasına qarşı iddia rəd edildi

02-07-2009

Yaxın günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq

30-06-2009

MƏTBUAT ŞURASI YENİ “REKET”lərin İZİNƏ DÜŞÜB

25-09-2010

Daha üç “reket qəzet”in adı açıqlandı

02-07-2009

KİV-lə bağlı beynəlxalq konfrans Bakıda keçirilə bilər

27-11-2009

Xeberler.az İKT portalı Mətbuat Şurası üzvlüyünə qəbul edilib

21-10-2015

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

26-10-2009

Mətbuat Şurası mətbuatın monitorinqini aparacaq

13-02-2009

Mətbuat haqqında Nizamnamənin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirəcək

30-10-2009

Azərbaycan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında təmsil olunacaq

08-07-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə