“Azercell” BakuTel-da 4G texnologiyasına aid olan LTE xidmətini nümayiş etdirəcək

03-11-2009 / 19:13

İKT sahəsində inkişafa aparan layihələri daim dəstəkləyən “Azercell Telekom” MMC bu dəfə də ənənəsinə xilaf çıxmayıb. Şirkət “BakuTel”in 15-ci yubiley tədbirinin baş sponsoru qismində çıxış edir. Sponsorluqla yanaşı, “Azercell” tədbir iştirakçılarına mobil rabitə sahəsində mövcud olan ən son yenilikləri də nümayiş etdirəcək.

Sərgi çərçivəsində “Azercell”in təqdim edəcəyi ən son xidmət və yeniliklər sırasında həm 3G texnologiyası və xidmətləri (Mobil TV, Video zəng və s.), həm də artıq 4G texnologiyasına aid olan LTE xidmətini nümayiş etdirəcək. Sərgilənəcək yeniliklər sırasında Reach Communication Suite, Business Communication Suite, Connected Home (bu platform hər bir yerdən sizin evdəki mediyanı (İP kamera, müsuqilər, videoları) idarə etmək izini verir. Öz telefonuzdan, kompüterinizdən bu mediyanı canlı əldə edə bilərsiniz), MeOnTV (canlı və “on-demand” (sifarişlə) videoların istənilən video göstərə bilən cihazla ötürülə bilməsi platformasıdır. Videoları istənilən bir yerə tezliklə ötürmək mümkündür), AMR Wideband kimi son nəsil texnoloji xidmətləri geniş təqdim olunacaq.

Hər il olduğu kimi bu dəfə də “Azercell Telekom” MMC sərgi iştirakçılarına ən yeni layihəsini təqdim edir. Bu il  “Azercell” texnoloji inkişafın göstəricisi, ən yüksək peşəkarlıqla hazırlanan məhsullarından biri olan Formula-1 maşınını sərgi ziyarətçilərinin ixtiyarına verir. 

“Azercell” öz stendi ətrafına toplaşanlar üçün hədiyyələr də hazırlayıb. Şirkətin təqdim etdiyi yeniliklərlə tanış olan ziyarətçilər həm də müsabiqə və oyunlarda iştirak edib şirkətdən dəyərli hədiyyələr qazanmaq imkanına malikdirlər.

Sərginin ikinci günü “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçirilir. Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə və mobil rabitə sektorları, həmçinin ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlər müzakirə ediləcək. Tədbirdə “Azercell Telekom” MMC-nin nümayəndələri ilə yanaşı, aparıcı beynəlxalq və yerli telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzə ilə çıxış edəcəklər.

Ənənəvi olaraq, sərgiyə işgüzar proqram çərçivəsində təşkil olunacaq seminarlar, dairəvi masalar və internet-forumlar da aid edilir. “BakuTel” Beynəlxalq Sərgi və Konfransı artıq bu sahənin peşəkarlarının görüş yerinə çevrilib. İndiyə qədər dünyanın 26 ölkəsinin 800-dən artıq şirkəti bu tədbirlərdə iştirak edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə