Previous Next
Bağla

Azercell Biznes korporativ müştəriləri üçün vebinarlar təşkil edib

22-12-2021 13:53
Azercell Biznes korporativ müştəriləri üçün vebinarlar təşkil edib

Hər zaman korporativ müştərilərinin inkişafına yönəlik təşəbbüsləri dəstəkləyən Azercell Biznes bu istiqamətdə növbəti uğurlu layihə gerçəkləşdirib. Bu dəfə “Azercell Biznes Klubu”nun üzvlərinə iki önəmli mövzu üzrə onlayn vebinarlar keçirilib.

“Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlara 100-dən çox iştirakçı qatılıb. Onlar arasında dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, kommersiya qurumları, maliyyə təşkilatlarının təmsilçiləri də olub. Vebinarlar sürətlə dəyişən müasir işgüzar aləmdə şirkətlərin effektiv liderliyi və transformasiyasına fokuslanmışdır.

İlk vebinar - “Liderlik” təlimində uğurlu rəhbər olmaq üçün vacib amillər, effektiv  liderin əsas xüsusiyyətləri, komandanın motivasiyası və inkişafına aparan addımlardan bəhs olunub. İştirakçılara həmçinin, iş qrupunu real komandaya çevirmək texnikası, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, digər əməkdaşlarla kommunikasiyanın düzgün qurulmasına dair bilgilər verilib.

“Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzusuna həsr edilmiş vebinarda isə müştəri məmnuniyyətini qazanmağın yolları barədə məlumat təqdim olunub. Müştəriyə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün zəruri olan əsas davranışlar, effektiv ünsiyyətin vacib şərtləri vurğulanıb. Müştəri məmnuniyyəti sahəsində mükəmməlliyə nail olmaq, xidmət səviyyəsini yüksəltmək, müraciətlərin cavablandırılmasına dair standartlar haqqında bilgilər də iştirakçıların diqqətinə çatdırılıb.

Online vebinarlar “Azercell Akademiyası”nın aparıcı mütəxəssisi Aynur Abbasova və Akademiyanın dəvət etdiyi təlimçi, məsləhətçi və kouç Lalə Əbdürəhmanova tərəfindən təqdim edilib. Təlimçilər mövzularla əlaqəli iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Uzunmüddətli uğurlu fəaliyyət tarixinə malik Azercell Biznes tərəfdaşlarının inkişafını dəstəkləyən xidmətləri təqdim edir, onlara ölkənin istənilən yerindən bizneslərini effektiv və rahat şəkildə idarə etməklə müştərilərinə yüksək xidmət göstərmək imkanı yaradır.

Korporativ müştərilərinin inkişafı və rəqəmsal transformasiyasına hər zaman önəm
verən Azercell Biznes bu kimi fəaliyyətini müxtəlif istiqamətlərdə davamlı olaraq həyata keçirəcək.

“Azercell Biznes” barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate.html səhifəsinə müraciət edə və ya Azercell-in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Biznes yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir

28-04-2021

“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

05-11-2024

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

28-07-2025

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell Azercell-Lab ödənişli təcrübə proqramını elan edir

07-05-2019

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

25-07-2024

"Azercell Biznes"dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi

14-12-2021

Azercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

31-05-2021

Azercell-dən Biznesim Wi-Fi təklifləri ilə biznesinizi daha rahat idarə edin

13-02-2020

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

09-02-2019

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə

01-12-2017

Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsət

11-07-2019

Azercell ADA-nın tələbələri üçün master- klass təşkil etdi

16-05-2019

Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir

07-03-2024

Azercell və UiPath əməkdaşlığa başlayır

21-04-2025

ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!  

13-07-2022

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Bu gün Azercell-in ad günüdür

15-12-2015

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019

Azercell-dən növbəti uğur

07-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə