Previous Next
Bağla

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020 21:15
Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

Xeberler.az bildirir ki, “Azercell Telekom” MMC ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunu sübut edən növbəti beynəlxalq qiymətləndirmədən keçib. Şirkət ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə daha bir sertifikatını əldə edib.

Sertifikatın alınması üçün Azercell şirkəti bu il mart ayının 16-da başlayan beynəlxalq standarta uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb. ISO 10002:2018 sertifikatının əldə olunması “Azercell Telekom” MMC tərəfindən müştərilərlə aparılan işin səviyyəsini göstərir. Bu beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir.

Hesab olunur ki, şikayətlərlə iş prosesinin təhlili sonradan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edir. Odur ki, audit zamanı müştəri məmnuniyyətinin yüksəldilməsi,şikayətlərə vaxtında və məzmunlu cavab verilməsi, daxil olan iradların hamısının nəzərdən keçirilməsi, müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi kimi amillər nəzərə alınır. Həmçinin, şirkət heyəti
üzvlərinə müştərilərlə iş üzrə xüsusi təlimlərin keçirilməsi, prosesin effektivliyinin artırılması məqsədilə zəruri analizlərin aparılması və bu addımların məhsuldarlığa hansı dərəcədə təsir göstərilməsi qiymətləndirilib.

Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell-dən növbəti uğur

07-09-2017

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

24-01-2024

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025

Müştəri məmnuniyyətinin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib

06-07-2022

Azercell növbəti dəfə “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görülüb

22-10-2021

Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il

02-11-2018

Antikorrupsiya idarəetmə sistemi üzrə Azercell-in sertifikasiyası uğurla yenilənib

17-11-2022

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb  

19-12-2023

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə