Previous Next
Bağla

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

09-02-2019 13:19
Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

Akademiya biznes və dövlət qurumları üçün peşəkar tədris proqramları təklif edir.

Xeberler.az  bildirir ki, Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.

Azercell daxilində 2003-cü ildən fəaliyyətə başlayan Azercell Akademiyasının tədris paketinə zəngin təcrübəyə malik 30 mütəxəssis tərəfindən tədris olunan 32 müxtəlif təlim proqramı daxildir. Azercell Akademiyasının fəaliyyətinin ilk dövrlərində yalnız Azercell şirkətinin əməkdaşları üçün daxili təlimlər keçirilirdi. Lakin sonradan bu cür təlimlərə yerli bazarda da tələbat yarandığından, Azercell Akademiyası fəaliyyət dairəsini genişləndirdi. İlk dövrlərdə Azercell-in əməkdaşlıq etdiyi, sonradan bazardakı digər şirkətlər, hətta dövlət təşkilatları üçün də belə təlimlər təşkil edilməyə başladı.

Azercell Akademiyasının təlimləri işçilərin inkişafında əvəzsiz rol oynayır. Gənclər, eləcə də tələbələr üçün “Karyera Brendini Yarat’ təlimində CV yazılışı, müsahibəyə hazırlıq və digər mövzularda zəruri biliklər tədris olunur. Bundan əlavə, şirkətlərin gənc əməkdaşlarına “Təqdimat Bacarıqları”, “Danışıqlar Aparmaq Vərdişləri” və digər aktual mövzular üzrə təlimlər keçirilir. Şirkətlər üçün “Müştəri Xidmətlərinin İdarə Edilməsi” üzrə təlimdə adı çəkilən funksiyanın rəhbərlərinə işə qəbul, seçim prosesi və tədris, iş proseslərinin qurulması və ölçülməsi kimi məqamlar çatdırılır. Akademiya tərəfindən ölkənin müxtəlif təşkilatları üçün üzbəüz və telefonda Müştəri xidmətləri , əməyin təhlükəsizliyi, layihələrin idarə edilməsi, eləcə də stresin idarə edilməsi sahəsində tədris kursları da keçirilir.

Təlimlərin məqsədi şirkətlərin inkişafına dəstək vermək, müştərilərə daha yüksək keyfiyyətli xidmət göstərmək, gənc mütəxəssislərin müştəri xidmətləri sahəsində peşəkar biliklərini artırmaq və əldə edilən bacarıqların təcrübədə effektiv tətbiqini təmin etməkdən ibarətdir.

Azercell şirkəti təlim prosesinə davamlı yatırımlar etməklə insan kapitalına böyük sərmayə qoyur. Məhz bunun nəticəsi olaraq, ötən il “Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatını qazandı. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-Lab-ın qalibləri elan edilib

24-07-2019

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30-01-2021

Azercell daha bir uğura imza atdı

26-03-2019

“Azercell Life” sosial şəbəkələrdə!

30-03-2022

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

06-06-2017

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020

Azercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

31-05-2021

Azercell Qubada təlimlər təşkil edib

22-02-2018

Azercell “İnsana Sərmayə” üzrə regionun lideridir

07-05-2015

“Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir”

12-11-2016

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

15-02-2020

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell Biznes korporativ müştəriləri üçün vebinarlar təşkil edib

22-12-2021

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

03-06-2021

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Şagirdlər Azercell-də təcrübə keçəcək

12-03-2016

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell qalib jurnalistləri mükafatlandırdı

12-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə