Bu gün Azərbaycanın mobil operatoru Azercell Telecom-un fəaliyyətə başlamasından 19 il ötür. Azercell Azərbaycan iqtisadiyyatının, biznes mühitinin, telekommunikasiya, innovasiya və texnologiya tarixinin formalaşmasında əhəmiyyətli rolu olan şirkətdir. Hazırda 4 milyon yarımdan çox abunəçisi olan operator mobil bazara yeni xidmətlər təqdim etməkdə davam edir.
Xeberler.az olaraq Azercell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Şıxlinskayadan Azercell şirkətinin bu 19 il ərzində gördüyü işlər, təqdim etdiyi məhsullar haqqında məlumat aldıq.
Nigar Şıxlinskayanın sözlərinə görə, bu illər ərzində Azercell-in əsas məqsədi Azərbaycan xalqına keyfiyyətli və yüksək səviyyəli xidmət göstərərək, ən çox sevilən və abunəçilər tərəfindən seçilən mobil operator olmaq olub və belə də davam edəcək.
“Azercell kimi dayanıqlı inkişafı olan bir şirkət adından danışmaq, onunla 19 yaşını birgə keçirmək şansım olduğu üçün çox məmnunam. Və biz ildən ilə müştəri məmnuniyyətini bütün işlərimizdə əsas tutaraq bu hədəfə yaxınlaşmağı, arzumuzu reallığa çevirməyi bacarmışıq. Biz telekomunikasiya sahəsində lider olmağa doğru gedərkən biznes maraqlarımızla yanaşı, sosial məsuliyyətimizi də öndə tutmuşuq, Azərbaycan cəmiyyətinə yaxın olmağa çalışmışıq. Azercell Azərbaycanın hər qarışını etibarlı rabitə ilə təmin edən şəbəkəyə, nəinki ölkədaxili şirkətlərə, hətta regiona nümunə ola biləcək peşəkar müştəri xidmətinə, biznes etikasına, vətəndaş cəmiyyətinin formalaşmasına yönəlik sosial məsuliyyət fəaliyyətinə malik olan şirkətdir. Bu gün 4.5 milyon insan Azercell-i seçir. Onların etimadını doğrultmaq üçün əlimizdən gələni edəcəyik, müştərilərimizə və xalqımıza hər şeyin ən yaxşısını təqdim edəcəyik”.
Xeberler.az olaraq Azercell Telecom-u ad günü münasibəti ilə təbrik edir, şirkətə fəaliyyətində uğurlar arzu edirik.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri