“Azercell” daha bir beynəlxalq MMS rouminq xidməti

21-01-2009 / 15:56

 

  “Azercell Telekom” MMC Beynəlxalq MMS rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir.

  Şirkətdən xeberler.az-a verilən məlumata görə, bu dəfə operator Danimarkanın “Sonofon” mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib.

  Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün “Azercell Telekom”, 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hal-hazırda “Azercell Telekom” MMC 42 mobil şəbəkə operatoru ilə 35 ölkədə MMS xidmətinə qoşulub.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.