Bu il 30 yaşını qeyd edən Azercell yubiley sevincini abunəçiləri ilə bölüşür. Şirkət bu əlamətdar tarix münasibətilə “30 il səninlə” lotereyasına start verir. Şəhərin mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri, iPhone 17 Pro smartfonları lotereyanın qaliblərini gözləyir.
Lotereyaya qoşulmaq tamamilə ödənişsizdir. Fakturalı xətt abunəçiləri üçün qeydiyyat 25 sentyabr tarixindən, fakturasız xətt abunəçiləri üçün isə 28 sentyabrdan etibarən açıqdır.
Bunun üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsindən qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START sözünü SMS-lə göndərmək kifayətdir.
Qeydiyyatdan keçən abunəçilər balanslarını artırdıqda, eləcə də Azercell-in məhsul və xidmətlərini əldə etdikdə lotereyada iştirak şansı qazanacaqlar. Hər əməliyyat üzrə təqdim olunan şansların sayı Azercell-in rəsmi saytında göstərilən qaydalara uyğun hesablanacaq.
Fakturasız xətt abunəçiləri isə lotereya müddətində “Azercell” tətbiqi üzərindən həftəlik tapşırıqları tamamlayaraq əlavə şanslar əldə edə biləcəklər. Fakturalı xətt abunəçilərinin şansları fakturalama dövründən asılı olaraq 25 sentyabr və ya 5 oktyabr tarixindən hesablanacaq. Fakturasız xətt abunəçiləri üçün isə şansların hesablanması 19 oktyabrdan başlayacaq.
Qaliblər müəyyən olunmuş tarixlərdə keçiriləcək canlı tirajlarda təsadüfi seçim üsulu ilə müəyyən ediləcək. Əvvəlki tirajlarda uduş qazanmayan şanslar qüvvədə qalacaq və final tirajında iştirak edəcək. Finalın əsas hədiyyəsi isə şəhərin mərkəzində mənzil olacaq.
Qeyd edək ki, “30 il səninlə” lotereyasına 18 yaş və yuxarı istehlakçı seqmentinə aid fakturalı və fakturasız Azercell abunəçiləri qoşula bilərlər.
Lotereyanın şərtləri, iştirak qaydaları, şansların hesablanması, tirajlar və hədiyyələr barədə ətraflı məlumat Azercell-in rəsmi saytında təqdim olunur: |Azercell
Siz də lotereyaya qoşulun, Azercell-dən dəyərli hədiyyələr qazanmaq fürsətini qaçırmayın!
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları