Previous Next
Bağla

Azercell-dən ən çox gözlənilən yenilik

15-07-2017 12:28
Azercell-dən ən çox gözlənilən yenilik

Azercell abunəçiləri “Taxt oyunları” (Game of Thrones) serialının yeni mövsümünün premyerasını seyr edə biləcəklər.

Xeberler.az-ın məlumatına görə, Azercell öz abunəçilərinə dünyanın ən məşhur seriallarını yüksək keyfiyyətlə və nümayiş günü izləmək imkanını verir.

Azercell-in partnyorları olan KATV1 və Mobisky-ın dəstəyi ilə yaradılan www.kinoserial.az saytında abunəçilər HBO, Showtime, CBS, FOX kimi studiyaların təqdim etdiyi məşhur seriallara premyera günündə baxa biləcəklər.

Kinoserial layihəsinə dünya üzrə ən çox baxılan seriallar daxildir. Bunlar arasında HBO, Showtime, CBS, FOX, BBC, Netflix, Starz, Sky, Sony Pictures və digər studiyaların təqdim etdiyi filmlər yer alır. Kinoserial paketində hər janrda – romantik, qorxu, triller, fantastika və digər növ serialları tapmaq olar. Burada ilin gözlənilən premyeralarını, həmçinin mövsümün bütün bölümlərini kəsintisiz izləmək mümkündür.

17 iyul tarixində istifadəyə veriləcək “Azercell+Video” xidməti vasitəsilə Azercell abunəçiləri bütün dünya seyrçiləri ilə birlikdə məşhur “Taxt Oyunları” serialının çoxdandır gözlənilən 7-ci mövsümünün beynəlxalq premyerasını izləyə biləcəklər.

Dünyanın ən yaxşı seriallarını izləmək üçün www.kinoserial.az saytına daxil olub, mobil nömrə ilə qeydiyyatdan keçmək lazımdır. Xidmətdən gündəlik istifadə haqqı cəmi 0.33 AZN təşkil edir. Azercell abunəliyi sayəsində hər gün istənilən sayda filmi izləmək olar.

Xidmətin üstünlüyü həm də ondan ibarətdir ki, tamaşaçı serialları özünə uyğun vaxtda, yüksək keyfiyyətli görüntü və reklam fasiləsi olmadan izləyə biləcək. Bununla serialın hansısa kanalda nümayişini gözləməyə ehtiyac qalmayacaq. Digər tərəfdən, abunəçilər istənilən yerdə asanlıqla sevimli seriallarını smartfon, planşet və ya kompüterdən günün istənilən saatında izləyə biləcəklər. Bunun üçün sadəcə internet və Azercell nömrəsinin olması kifayətdir.

Məlumat üçün qeyd edək ki, kinoserial.az saytında artıq “Taxt Oyunları”, “Amerikan qorxu əhvalatları”, “Gənc Papa”, “Sevgililər”, “Yeddi ölümcül günah”, “Vəhşi Qərbin dünyası”, “Yaxşı mübarizə” və digər serialların nümayişi təşkil olunur. Hazırda seriallar rus və ingilis dillərində təqdim edilir. Bir çox serialın isə ilin sonuna qədər Azərbaycan dilinə dublyaj ediləcəyi gözlənilir.

Kinosevərlər “Azercell+Video” xidməti çərçivəsində dünyanın aparıcı studiyalarının təqdim etdiyi televiziya hitlərini izləməklə daim öndə olacaqlar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən “Kinon” videoyayım xidməti

30-08-2024

Azercell ilə sevilən filmləri izləmək artıq daha asandır

08-10-2019

Azercell NNTV xidmətini təqdim edir

18-01-2019

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Dünyanın məşhur oyunları Azercell-in yeni portalında

09-09-2016

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

03-06-2020

Azercell-dən yeni xidmət

08-06-2017

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019

Azercell ilə “Kinon Plus”-dan 7 gün pulsuz istifadə imkanı!

10-12-2024

"Azercell" Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edib

13-02-2022

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Azercell BluTV xidmətini təqdim edir

23-04-2020

Azercell-dən Yeni İl kampaniyası

05-01-2018

Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

01-04-2019

Hər gün milyonlarla mahnı telefonunuzda

22-02-2018

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015

Azercell-dən 4G MiFi kampaniyası

03-08-2019

Azercell-in Rominqi millər qazandırır

19-11-2019

“Pulsuz 5 saat qazan” kampaniyasının vaxtı uzadıldı

06-04-2015

Hesab.az və Azercell-dən daha bir yenilik

26-11-2015

Azercell-in “pulsuz 5 saat” kampaniyasının vaxtı uzadıldı

01-04-2015

Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə