Previous Next
Bağla

Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

27-04-2021 12:09
Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

Korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən “Azercell Telekom” şirkətinin dəstəyi ilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial
layihəyə start verilib.

Layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatda nəşr etməkdir. Layihədə Azercell-in partnyoru “GİD CSR Consulting” şirkətidir. “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində 5-14 yaş arasında olan 300 uşağın anası ilə birgə iştirak edəcəyi planlaşdırılır. COVİD-19 virusunun yayılması ilə əlaqədar pandemik şəraiti nəzərə alaraq, təlimlər onlayn şəkildə keçirilir.

Təlimlər bir neçə istiqamət üzrə təşkil olunub. “Art terapiya” (təsviri sənət terapiyası) uşaqların özünü rahat və azad formada ifadə etməsinə, içində qapalı saxladıqları duyğularını üzə çıxarmalarına şərait yaradacaq. Musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərinin köməyilə terapiya alan uşaqlar həm də bu yolla estetik yönlərini ortaya çıxara biləcəklər.

“Arzular ağacı” mövzusunda təlimin məqsədi isə iştirakçılarda özünə inam və ruh yüksəkliyi yaratmaqdır. Bu təlimin köməyilə uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərmək mümkün olacaq. Bu təlim böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa kömək edəcək. Layihə çərçivəsində təlimlər zamanı xüsusi psixoloji çətinlik yaşayan uşaqların olduğu aşkarlanarsa, onların valideynləri ilə fərdi görüşlər də təşkil ediləcək.

“Uğur hekayəsi” istiqamətindəki təlimlərdə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanan peşəkarlarla görüş nəzərdə tutulub.Layihə çərçivəsində şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitabda toplanacaq. Həm çap, həm də elektron formatda hazırlanacaq kitabın ayrıca bir bölümü atası haqqında heç xatirəsi olmayan körpə şəhid övladlarına həsr ediləcək. Bu kitab şəhidlərin öz ailələri ilə yanaşı, hər kəsin xatirələrində və qəlbində yaşamasına kömək edəcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

Bu layihə hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq

27-09-2021

Azercell “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə keçirib

01-06-2021

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

01-06-2021

Nazirlik şəhid hərbçilərin övladlarını sevindirdi

27-06-2019

Şəhid övladlarının çəkdiyi rəsmlər əsasında poçt markaları təqdim olunub

06-11-2025

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

05-10-2021

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

11-09-2019

Sağlamlıq imkanı məhdud olan uşaqlar üçün onlayn təlimlər təşkil edilib

23-06-2015

Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib

04-11-2022

Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün Marafon təşkil edib

04-11-2025

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

04-08-2023

Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

25-05-2023

Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

01-06-2022

Qazilər və şəhid övladlarının fərdi inkişafına dəstək məqsədilə yeni layihəyə start verilir

09-09-2021

"Nar” şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinə dəstək olub

27-08-2021

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb  

13-07-2022

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə