Previous Next
Bağla

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018 14:08
Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

2017-ci ildən Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Uşaq Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə verilib.

Xeberler.az bildirir ki, fəaliyyət göstərdiyi səkkiz il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Bu zənglərin əksəriyyəti psixoloji və emosional çətinliklər, ailədaxili problemlər, şəxslərarası, həmyaşıdlararası münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi məsələlərə ehtiyac və s. aiddir. Çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilir, onların qarşılaşdığı problemlərin həllinə dair məsləhətlər verilir, müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsi təmin edilir. Qaynar Xətt xidmətinə zəng edən uşaq və gənclərə xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər yardım edir.

2018-ci ilin mart ayından etibarən qismən fəaliyyət göstərən Göygöl Regional Uşaq Qaynar Xətt xidmətimiz iyunun 13-dən başlayaraq rəsmi şəkildə işinə başladı. Göygöl ofisimiz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Azercell şirkətinin dəstəyi ilə yaradılıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonların (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) əhatə edilməsini də nəzərdə tutur. Göygöl Regional Uşaq Qaynar Xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən Qaynar Xəttin iş prinsipləri, Telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilmişdir.

Qeyd edək ki, uşaqlar adətən üzləşdikləri çətinliklər - onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər.

Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqların müraciət edib, məsləhət istəyə biləcəkləri, keçirdikləri hissləri, emosiyaları, psixoloji zədələri bölüşə biləcəkləri peşəkar Uşaq Qaynar Xətt xidmətinə ehtiyacı var.

Bu ehtiyacı nəzərə alaraq, 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşlığı və Azercell Telekom-un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan Uşaq Qaynar Xətt xidməti yaradıldı.

Qeyd edək ki, xidmət 24 saat ərzində aktiv fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016
Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018
Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016
Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019
Azercell uşaqların qayğısına qalacaq

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015
Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019
Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018
Qorxma, biz səninləyik!

Qorxma, biz səninləyik!

05-10-2018
Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019
Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017
Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020
Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

23-11-2018
“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020
Azercell uşaqlara dəstək verməyə davam edir

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019
“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022
  “Uşaq Qaynar Xətti” xidmətində yenilik

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023
İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021
Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025
Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə