Previous Next
Bağla

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021 17:37
Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən “Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsi dövründə canından keçən və böyük qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir. 10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində ötən il olduğu kimi bu il də tələbə adını qazanmış şəhid övladlarına təqaüd təqdim olunur. Bununla yanaşı, şəhidlərin ali təhsil ocağına daxil olmuş həyat yoldaşları üçün də təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 300 manat məbləğində təqaüd ayrılıb. Azercell Telekom hər zaman qadınların cəmiyyətdə öz yerini tapmasına, peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşır və bu təşəbbüslə onların inkişafına bir daha töhfə vermiş oldu.

Qeyd edək ki, siyahılar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim olunub.

Xatırladaq ki, ötən il Azercell 44 gün davam edən Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə 200 manat məbləğində təqaüdün verilməsi qərara alınıb.

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Şirkət tərəfindən şəhid ailəsi himayəyə götürülüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladları üçün “Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Bundan əlavə, Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə “Veteran tarifi” təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023
"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021
"Azercell" müharibədə iştirak edən tələbələrə təqaüd ayırıb

"Azercell" müharibədə iştirak edən tələbələrə təqaüd ayırıb

11-02-2021
“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

15-09-2020
NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021
“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021
“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!”  kommunikasiyasına start verir

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir

04-11-2021
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022
Azercell qazilər üçün “Veteran tarifi”-ni təqdim edir

Azercell qazilər üçün “Veteran tarifi”-ni təqdim edir

08-11-2021
Azercell “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə keçirib

Azercell “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə keçirib

01-06-2021
Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

27-04-2021
Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb   

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb  

13-07-2022
Azercell 25 tələbəyə təqaüd ayırdı

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022
Azercell tələbələrə aylıq təqaüd verəcək

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017
Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

16-09-2021
“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq

“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq

27-09-2021
"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

19-03-2022
Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

11-09-2019
Azercell-in stendi ən çox ziyarət edilib

Azercell-in stendi ən çox ziyarət edilib

09-10-2017
Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

01-06-2022
Bu il Azercell daha 25 tələbəni sevindirdi

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016
"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021
Uğurlu karyeraya Azercell-lə addımla!

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə