Previous Next
Bağla

Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

25-05-2023 20:32
Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

Lider mobil operator tərəfdaşları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir.

“Azercell Telekom” MMC, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlərə start verir. Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunacaq və bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçiriləcək.

Tədbirlər planı Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayanları da əhatə edəcək.

Həftəlik çərçivəsində həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar, eləcə də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Uşaq Tərbiyə Müəssisəsində baş tutacaq tədbirə qonaq və rol-model qismində dəvət olunmuş bir çox tanınmış sima çətin uşaqlıqları fonunda uğur-motivasiya hekayələrini bölüşəcək. Bundan əlavə, uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanallarını və Azərbaycan Uşaq Qaynar Xidmətini tanıtmaq məqsədilə Bakı şəhərinin metro çıxışlarında uşaq və valideynlərə Uşaq Qaynar Xətt xidməti haqqında məlumatlar və əlaqə nömrələri əks olunan suvenir və hədiyyələr paylanacaq.

Qeyd edək ki, “Azercell Telekom” 116111 qısa nömrəsi ilə 24/7 rejimdə çalışan Azərbaycan Uşaq Qaynar Xəttinin 2010-cu ildən etibarən əsas tərəfdaşıdır. Həmçinin, Azercell-in təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılan Qadın Qaynar Xətt Xidməti fəaliyyət göstərir. Azercell cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqələrinə dəstək olmaq, uşaqların sağlam mühitdə böyüyüb inkişaf etməsinə yardım istiqamətində müxtəlif sosial layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022
Azercell uşaqların qayğısına qalacaq

Azercell uşaqların qayğısına qalacaq

17-11-2015
Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

01-06-2018
“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021
Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016
İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021
Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025
Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019
Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019
Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018
“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022
Qorxma, biz səninləyik!

Qorxma, biz səninləyik!

05-10-2018
Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020
Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016
Azercell-in “Kitab Klubu” Gəncədə!

Azercell-in “Kitab Klubu” Gəncədə!

03-08-2024
Azercell uşaqlara dəstək verməyə davam edir

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019
Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020
Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023
“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026
Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018
  “Uşaq Qaynar Xətti” xidmətində yenilik

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə