Previous Next
Bağla

Azercell-in layihəsi nüfüzlu beynəlxalq festivalda Gümüş və Bürünc medal qazanıb

03-11-2020 19:48
Azercell-in layihəsi nüfüzlu beynəlxalq festivalda Gümüş və Bürünc medal qazanıb

Olkəmiz üçün tarixi və son dərəcə əhəmiyyətli olan dönəmdə, tək cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda Azercell şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanıdılmasına nail olub. Belə ki, Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan Red Jolbors festivalında Azərbaycanın lider mobil operatoru Azercell-in hazırladığı #QadınDediyin sosial layihəsi iki yüksək mükafata layiq görülüb. Orta Asiya və MDB ölkələrindən yüzlərlə nümayəndənin qatıldığı yarışmada münsiflərin qərarına əsasən #QadınDediyin layihəsi bölgənin ən yaxşı KSM layihələri arasında ikinci yerə çıxaraq Gümüş medala, “Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə Bürünc medala layiq görülüb.

Xeberler.az bildirir ki, #QadınDediyin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlara dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların timsalında uğurlu azərbaycanlı qadın idmançıların həyatından nümunələr təqdim edilib. Belə ki, öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.

Qeyd edək ki, bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaratdı, nüfuzlu influenserler və blogerlər tərəfindən dəstəkləndi, ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı. Bu il ilk dəfə online formatda keçirilən tədbirdə 250-dən çox reklamçı, marketoloq, brend-menecer, PR mütəxəssisi Red Jolbors kommunikasiya festivalına öz işini təqdim edib.

Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiya uğrunda mükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin tanınmış reklam agentlikləri, beynəlxalq mükafat laureatları təmsil olunub. Festival nüfuzlu qonaqları ilə yadda də qalıb. Müsabiqənin Jolbors Education adlı maarifləndirici bölməsində Google, Mail.ru Group, PepsiCo, Skyeng, Borjomi Global, Forbes Russia kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekmambetov, tanınmış reklamçı Maksim Ponamaryov tədbir iştirakçıları qarşısında çıxış ediblər. Red Jolbors festivalı iştirakçılara peşəkar səviyyələrini artırmağa, həmçinin müxtəlif ölkələrin təmsilçilərinin müştərək maraqlı kreativ layihələrini ərsəyə gətirməsinə imkan yaradır. 

Azercell indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edərək ali mükafatlara layiq görülüb. Şirkətin KSM sahəsində həyata keçirdiyi layihə və təşəbbüslər dünyanın ən yaxşıları sırasında təqdim edilərək, ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan uğurlu addımlardan olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell”in QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

25-06-2021

“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı

02-02-2024

“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazanıb

10-10-2023

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022

Nar-ın sosial layihəsi beynəlxalq müsabiqədə qalib olub

14-11-2019

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

11-11-2024

Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik edib

06-03-2020

Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

19-05-2026

Azercell və Cüdo Federasiyasının sosial layihəsi mükafata layiq görülüb

02-07-2025

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

03-07-2024

Azercell daha bir uğura imza atdı

26-03-2019

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Azercell mükafata layiq görüldü

03-11-2015

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020

Azercell növbəti dəfə beynəlxalq sertifikat alıb

27-05-2015

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə