Previous Next
Bağla

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020 20:43
Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

Xeberler.az bildirir ki, ölkədə təhsilin inkişafına qatqısını əsirgəməyən Azercell Telekom-un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal qazanıblar.

Qeyd edək ki, məktəblilərin İnformatika fənni üzrə beynəlxalq olimpiadaya hazırlığı bilavasitə Azercell şirkətinin iştirakı ilə baş tutub. M.Eynizadə və Ə.Hüseynov Asiya Pasifik İnformatika Olimpiadasına hazırlıq mərhələsində Azercell-in dəstəyilə təşkil olunan məşğələlərə qatılıblar.

Kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu beynəlxalq yarışlardan hesab olunan APIO 2007-ci ildən etibarən keçirilir. Bu il yarışmada 33 ölkədən 200-dən çox şagird iştirak edib. Beynəlxalq İnformatika Olimpiadası formatındakı müsabiqə bu dəfə onlayn olaraq İndoneziya hökuməti tərəfindən təşkil olunub. APIO yarışmasında Asiya və Sakit Okeanın qərb regionundan olan ölkələrin nümayəndələri iştirak edirlər.

Daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənən Azercell Telekom neçə illərdir ki, digər nüfuzlu yarışma - Beynəlxalq İnformatika Olimpiadasına qatılan azərbaycanlı şagirdləri də dəstəkləyir. Ötən il Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell Rəqəmsal Sponsor qismində təmsil olunaraq iştirakçıları mobil internetlə təmin edib. Şirkət 2017-ci ildən etibarən AR Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara elmi potensiallarını inkişaf etdirməsinə yardım göstərir.

Qeyd edək ki, Azercell ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsi işinə dəstəyini əsirgəmir. Azercell şirkəti informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların dəstəklənməsi, ümumilikdə informasiya-texnologiyaları sahəsində təhsilin inkişafı ilə bağlı layihələr üzrə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi

31-05-2025

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Azercell olimpiada qalibləri ilə görüşüb

12-02-2020

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

23-08-2024

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə