Previous Next
Bağla

İnternet hesabını səyahətdən öncə bil

04-07-2018 17:58
İnternet hesabını səyahətdən öncə bil

Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni Rominqdə İnternet Paketini təqdim edir.

Xeberler.az məlumat verir ki, şirkət gələcəkdə də dünyanın bir çox ölkəsində rominq sahəsində təşəbbüslərini genişləndirməyi planlaşdırır və bunu 2018-ci ilin sentyabr ayı üçün nəzərdə tutulmuş Avropa təklifləri ilə davam etdirəcək.

Belə ki, Azercell MMC-in prezidenti Vahid Mürsəliyev qeyd edib: “Biz, müştərilərimizin xaricə səyahətləri zamanı internetdən istifadə etmələrini dəstəkləmək istəyirik. Məhz buna görə Azercell abunəçilərini bu xidmətdən yayındıran heç bir səbəb olmamalıdır”. “Səsli rabitədən internet rabitəsinə keçid tam sürəti ilə genişlənir və bunu nəzərə alaraq biz müştərilərimizə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təklif etməyə çalışırıq.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azercell bu istiqamətdə mühüm nailiyyətlər əldə edib və yaxın gələcəkdə də bu sahədə özünün lider mövqeyini möhkəmləndirəcəkdir”.

Bildirək ki, dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tariflərisəbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən heç vaxt istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə, xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.

Həmçinin, bu statistika Azercell rəqəmlərində də öz əksini tapır. Hal-hazırda Azercell şirkətinin internet istifadəçilərindən yalnız 30%-i xaricə səyahət zamanı rominqdə internetdən istifadə edirlər.

Azercell, öz növbəsində, 2019-cu il üçün rominqdə internet istifadəçilərinin həcmini 80% və daha çox artırmağı planlaşdırır. Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

  • Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)
  • Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)
  • Sadəlik (sadə və anlaşılan qiymətlər).

Azercell, Azərbaycanda internet həllər sahəsinə çox rahat yeni bir təklif gətirir. İyulun 2-dən başlayaraq Azercell müştərilərinə qiyməti 19.90 AZN olan 1GB həcmində və 14 təqvim günü ərzində istifadə edilə bilən, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus və Moldovada istifadə edilə biləcək rominqdə internet paketini təqdim edib. Bu isə o deməkdir ki, məsələn Türkiyəyə bir həftəlik səyahət edən abunəçi günlük 0.55 AZN/MB tarifinə uyğun eyni həcmdə internet üçün 500 AZN-dən çox məbləğlə müqayisədə indi 1GB internet üçün cəmi 19.90 AZN ödəyəcəkdir.

“Rominqi müştərilərimiz üçün daha cəlbedici etməyin əsl vaxtdır. Ümumiyyətlə, rominqdən istifadə mobil rabitənin əsl mahiyyətini ifadə edir – sizə daha mobil olmaq imkanını bəxş edir.

Biz, innovasiyalar və sərfəli həllər təqdim etməkdə davam edərək, 4,5 milyon abunəçilərimizin maraqlarını bütün qərarlarımızın tam mərkəzində saxlayırıq”- deyə Vahid Mürsəliyev qeyd edir.

Ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi

Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi

03-08-2018
Azercell ilə rominqdə onlayn ol

Azercell ilə rominqdə onlayn ol

17-01-2019
Dünyanı Azercell ilə səyahət et!

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019
Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

01-04-2019
Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015
Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015
Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015
Azercell abunəçilərini sevindirməyə davam edir

Azercell abunəçilərini sevindirməyə davam edir

19-03-2019
Azercell-dən rominqdə 10 sms hədiyyə

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015
Abunəçilərin nəzərinə: 8 ölkədə internet-rominq

Abunəçilərin nəzərinə: 8 ölkədə internet-rominq

10-01-2018
Nar-dan rominqdə olanlar üçün yenilik

Nar-dan rominqdə olanlar üçün yenilik

05-06-2017
Azercell internet istifadəsini rahatlaşdırdı

Azercell internet istifadəsini rahatlaşdırdı

09-08-2016
Azercell yeni İnternet paketlərini istifadəyə verdi

Azercell yeni İnternet paketlərini istifadəyə verdi

21-07-2015
Azercell rominqdə olan abunəçiləri üçün  yenilik edib

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

26-10-2016
Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

21-06-2022
Nar-dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri

Nar-dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri

25-12-2019
Azercell-dən 6 ay ərzində hər ay pulsuz İnternet

Azercell-dən 6 ay ərzində hər ay pulsuz İnternet

17-03-2015
Nar rominq qiymətlərini daha sərfəli edib

Nar rominq qiymətlərini daha sərfəli edib

01-08-2017
Nar-dan rominqdə olan istifadəçilərə bonus

Nar-dan rominqdə olan istifadəçilərə bonus

14-02-2018
Azercell bölgə sakinlərinə yeni kampaniya təklif edir

Azercell bölgə sakinlərinə yeni kampaniya təklif edir

15-08-2018
Azercell yeni rouminq paketlərini istifadəyə verir

Azercell yeni rouminq paketlərini istifadəyə verir

12-01-2026
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019
Azercell-dən limitsiz internet

Azercell-dən limitsiz internet

02-03-2016
Azercell-dən rominqdə olanlar üçün endirimli vahid qiymət

Azercell-dən rominqdə olanlar üçün endirimli vahid qiymət

02-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə