İndi eyni tariflə 100kB yox, 300 kB ölçülü MMS göndərmək olar.
“Azercell Telekom” şirkətinin mətbuat xidmətindən xeberler.az-a bildiriblər ki, MMS-in həcmi 3 dəfə böyüdülərək 100kB-dan 300kB-a qədər artırılıb. MMS-in qiyməti isə artırılmayıb.
İndi ümumi ölçüsü 300kB olan sxem, təsvir, melodiya, musiqi parçaları, rəsm, yaxud elə telefonun özündə çəkilmiş fotoşəkli çəkib istənilən nömrəyə göndərmək olar. MMS-i mobil telefondan elektron-poçt ünvanlarına da göndərmək mümkündür. MMS-in həcmi yalnız telefon cihazının imkanları ilə məhdudlaşdırıla bilər.
MMS xidmətindən istifadə etmək üçün əvvəlcə bu xidməti dəstəkləyən telefonu əldə edib, sonra telefona MMS seçənəklərinin quraşdırmaq lazımdır.
Xatırladaq ki, bir MMS-in qiyməti Azercell Fakturalı Xətt abonentləri üçün 0,10 AZN (ƏDV xaric) Açıq Xətt/Bizdən Bizə abonentləri üçün 22 kontur, GəncSim abonentləri üçün 16 konturdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri