Previous Next
Bağla

Bakcell şirkəti müştəriləri arasında yeni müsabiqəyə start verdi!

19-09-2011 18:28
Bakcell şirkəti müştəriləri arasında yeni müsabiqəyə start verdi!
Bakcell şirkəti  fotoşəkil çəkmək həvəskarı olan müştəriləri üçün çox  “MMS Göndər” Müsabiqəsini elan edir. Bunun üçün Sizə sadəcə kameralı mobil telefonunuz lazım olacaq.
Müsabiqədə bütün Bakcell abunəçiləri iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq olduqca asandır: Bakcell abunəçiləri mobil telefonları vasitəsilə bir şəkildə mümkün qədər çox adamla kollektiv fotoşəkillərini çəkib MMS vasitəsilə 2882 nömrəsinə göndərməlidirlər. Müsabiqəyə sentyabrın 16-da start verilir və 60 gün ərzində, yəni 14 noyabr tarixinə qədər davam edəcək. Siz müsabiqəyə istədiyiniz qədər MMS şəkil göndərə bilərsiniz, bir şərtlə ki, onlar müsabiqənin şərtlərinə uyğun gəlsin. Müsabiqəyə təqdim olunmuş fotoşəkillər www.mms.bakcell.com / wap.mms.bakcell.com səhifələrində yerləşdiriləcək və Bakcell abunəçiləri bu səhifələrə daxil olub fotolara baxa və bəyəndikləri şəklə SMS vasitəsilə səs verə biləcəklər. Bunun üçün onlar istədikləri fotoşəkilin kodunu SMS vasitəsilə 2992 nömrəsinə göndərməlidirlər. 2882 nömrəsinə göndərilən hər bir MMS-in və 2992 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 0.59 AZN (ƏDV daxil olmaqla) təşkil edir.  
“MMS Göndər” Müsabiqəsinin qalibi SMS səsverməsi nəticəsində müəyyən ediləcək. Ən çox SMS səs toplayan fotoşəkilin müəllifi Əsas Mükafat olan Dubaya 2 nəfərlik səyahət və İpad 2-yə sahib olacaq. Bu o deməkdir ki, daha çox MMS göndərən iştirakçılar müsabiqənin əsas mükafatlarını qazanmaq üçün daha çox şans əldə edəcəklər. Ona görə də vaxt itirmədən mobil telefonunuzdakı kameranı işə salın, şəkil çəkin, MMS göndərin və gözəl hədiyyələri qazanmaq şansına sahib olun.  
Müsabiqə ilə bağlı daha bir şad xəbər odur ki, təkcə MMS göndərənlər deyil, səs verən abunəçilər də hədiyyə qazana biləcəklər. Müsabiqə boyunca SMS səsverməsi zamanı ən çox SMS göndərən abunəçilər hər həftə Netbuk, hər ay iPad2 və müsabiqənin finalında Macbook Air kimi qiymətli hədiyyələrə sahib olacaqlar.
 “MMS Göndər” müsabiqəsi və onun şərtləri haqqında daha ətraflı məlumat almaq üçün, xahiş edirik, www.mms.bakcell.com / wap.mms.bakcell.com səhifələrinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. // MoBiz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkədə ilk operatorlar arası MMS xidmətinə start verildi

01-04-2010

«Bakcell» şirkəti «SMS Viktorina» kampaniyasına başladı

05-02-2011

Bakcell yeni SMS kampaniyasına başlayıb

24-05-2010

“Azercell Telekom” yeni “Həftəyə avtomobil” kampaniyasına start verib

28-07-2009

“Həftəyə avtomobil” kampaniyası çərçivəsində bir avtomobil sahibini tapdı

13-08-2009

“Azercell”in “Həftəyə avtomobil” kampaniyasının 6-cı qalibi bəlli oldu

03-09-2009

Azercell-dən Toyota Corolla qazanan 7-ci xoşbəxtin adı açıqlandı

08-09-2009

“Bakcell”-dən yenilik

28-11-2008

“Azercell” MMS-in həcmini 3 dəfə artırdı, qiyməti isə dəyişməz qaldı!

13-01-2009

Aztelekom ev telefonlarından MMS göndərilməsi şəbəkəsini işə salacaq

09-01-2012

“Azercell” Belçika şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib

19-11-2008

“Azercell” daha bir beynəlxalq MMS rouminq xidməti

21-01-2009

“Azercell” daha bir beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib

18-02-2009

“Azerfon-Vodafone” yeni tarif planı tətbiq edib

15-07-2010

Bakcell-dən GəlirliCIN tarifində zənglərin qiymətinə endirim

22-07-2015

Bakcell istifadəçilərinə xoş xəbər

16-10-2010

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

Bakcell Ödəmə Terminallarını quraşdırdı

25-08-2010

Onlayn ödənişlər zamanı Bakcell-dən bonuslar əldə edəcəksiniz

24-07-2015

“Bakcell” yeni kampaniyaya start verir

21-12-2010

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

“Bakcell” şirkəti yeni ildən MMS xidmətini istifadəyə verəcək

01-12-2009

Azercell Telekom yeni “Portal 111” xidmətini istifadəyə verib

03-03-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə