Previous Next
Bağla

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

06-11-2025 15:26
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Xüsusi “Əsgərcell” təklifi əsgərlərin xidmət dövründə sevdikləri ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində Azercell ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.

2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5  nömrəni “ağ siyahı”ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq.

Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azercell nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026

Azercell-dən Milyon, milyon nömrələr kampaniyası

03-01-2019

"Azercell" "010" prefiksli nömrələri istifadəyə verib

10-11-2021

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019

“Azercell” mobil tətbiqində “Aztelekom”a aid bölmə yaradılıb

05-11-2025

Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

21-09-2022

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024

“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

02-09-2024

Azercell-dən daha bir maraqlı sosial layihə

18-11-2022

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

07-03-2025

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

29-04-2020

Azercell yeni xidmət istifadəyə verdi

13-02-2017

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

06-02-2023

“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

27-01-2023

Azercell Biznesim İnternet Xətti-ni təqdim edib

02-09-2019

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell-dən 4G MiFi kampaniyası

03-08-2019

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

“Azercell” tətbiqinə yeni "Qonaq Girişi" funksiyası əlavə olunub

17-01-2025

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

17-09-2024

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə