Previous Next
Bağla

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026 17:26
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

Rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telekom” MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.

Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.

Bu məqsədlə Azercell abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə “DigiMax” tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.

“Müştəri xidmətlərinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri “SİMA İmza” rəqəmsal imza platformasının istifadəyə verilməsi olub. Bu texnologiyanı ölkədə tətbiq edən ilk mobil operator olaraq Azercell yeni nömrələrin aktivləşdirilməsi və əksər əməliyyatların tam elektron formatda həyata keçirilməsini təmin edib. Bu yanaşma xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır, müştəri rahatlığını artırır və kağız istifadəsinin azalması ilə ekoloji təsirin minimuma endirilməsinə töhfə verir. Eyni zamanda, şirkət mobil balansın gündəlik həyatda istifadə imkanlarını genişləndirib.

“Wingz” MMC ilə əməkdaşlıq çərçivəsində abunəçilərə skuter icarəsi xidmətinin ödənişini birbaşa mobil balans vasitəsilə həyata keçirmək imkanı yaradılıb ki, bu da şəhərdaxili mobillikdə müasir və ekoloji yanaşmanı təşviq edir.

Dövlət təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi qulluqçular üçün xüsusi rabitə həllərinin inkişafını nəzərdə tutan memorandum imzalanıb. Bu çərçivədə təqdim edilən “Əsgərcell” təklifi xidmət dövründə əsgərlərin yaxınları ilə etibarlı və təhlükəsiz əlaqəsini təmin edəcək. Korporativ sektorda “Azercell Biznes” rəqəmsal biznes mühitinin tələblərinə cavab verən innovativ həllərin inkişafını davam etdirib. Əsas layihələrdən biri olan Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması müxtəlif rəqəmsal kanallardan daxil olan müraciətlərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, avtomatlaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsinə və süni intellekt əsaslı çatbotlar vasitəsilə 24/7 xidmət göstərilməsinə imkan yaradıb.

Sektorlar üzrə rəqəmsal həllərin inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə nəqliyyat və logistika sektoru üçün nəzərdə tutulmuş “YolDASH360” platforması təqdim olunub. Həll videomüşahidə, süni intellekt və GPS texnologiyalarını birləşdirərək monitorinq, təhlükəsizlik və əməliyyat idarəetmə proseslərinin daha effektiv təşkilinə imkan verir.

2025-ci ildə şirkət beynəlxalq tərəfdaşlıqlarını gücləndirməyə davam edib. Qlobal avtomatlaşdırma lideri UiPath ilə strateji əməkdaşlıq çərçivəsində təqdim olunan robotik proses avtomatlaşdırılması (RPA) həlləri korporativ müştərilərə əməliyyat səmərəliliyini artırmaq və resurslardan daha effektiv istifadə etmək imkanı yaradıb.

Azercell həmçinin telekommunikasiya və texnologiya sahəsində aparıcı beynəlxalq alyanslardan biri olan TM Forum-un rəsmi üzvü olub. Bu tərəfdaşlıq şirkətə rəqəmsal xidmətlərin inkişafı və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrə çıxış imkanı qazandırıb.

2025-ci ildə “Azercell TechTalks” təşəbbüsü çərçivəsində korporativ müştərilər üçün ilk konfrans təşkil olunub. “Gələcəyi dəyişən texnologiyalar” mövzusuna həsr edilən tədbirdə süni intellekt, təhlükəsiz rəqəmsal innovasiyalar və robotik avtomatlaşdırma kimi əsas texnoloji trendlər müzakirə olunub. Tədbirdə Amazon Web Services, Cisco, FutureBright Group və UiPath kimi aparıcı şirkətlərin nümayəndələri öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Beləliklə, 2025-ci il Azercell üçün rəqəmsal imkanların daha da gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından əlamətdar olub. Şirkət Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verən müasir, innovativ və yeni dövrün tələblərinə cavab verən həllər təqdim etməklə bazardakı mövqeyini daha da gücləndirməyə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell və UiPath əməkdaşlığa başlayır

Azercell və UiPath əməkdaşlığa başlayır

21-04-2025
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

12-08-2025
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

24-04-2026
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025
Amazon Web Services Azərbaycanda

Amazon Web Services Azərbaycanda

18-12-2025
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

05-11-2024
“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

28-07-2025
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

20-04-2026
“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023
“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

11-02-2026
“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi

“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi

16-02-2024
Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsət

Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsət

11-07-2019
Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025
Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022
Azercell Amazon ilə tərəfdaşlıq qurur

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025
Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

25-07-2024
Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024
"Azercell Biznes"dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi

"Azercell Biznes"dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi

14-12-2021
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

06-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə