“Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda “Əsgərcell” xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.
Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda “ağ siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq.
Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq. “Əsgərcell” təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. “Əsgərcell” nömrələrinin istifadə müddəti 18 ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.
Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: Əsgərcell.
“Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.
Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik!
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları