Azerconnect Group “Best Managed Companies” mükafatına layiq görüldü

31-05-2024 / 17:26

Azərbaycanın ən böyük IKT şirkəti olan Azerconnect Group beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies” müsabiqəsinin qalibi elan edildi.

Azerconnect Group-un fəaliyyəti uğurlu stategiya, innovasiyaların tətbiqi, effektiv idarəetmə modeli, səmərəlilik,korporativ mədəniyyət və digər göstəricilər üzrə geniş təhlil edilərək qalib elan edildi. Qeyd edək ki, Best Managed Companies mükafatı dünyanın ən böyük audit şirkəti olan “Deloitte” tərəfindən təsis edilib və hər il ölkənin özəl sektorunda fəaliyyət göstərən şirkətləri qiymətləndirir.

2013-cü ildən fəaliyyətə başlayan Azerconnect GroupMobil, İnternet, Beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media / Tv kimi rəqəmsal xidmətlərtəqdim edir. 3 mindən çox əməkdaşıolan Azerconnect Group 2023 və 2024-cü illərdə iş şəraiti və insan resursları göstəriciləriniqlobal meyarlar üzrə dəyərləndirən “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülmüşdür.

 Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə