Previous Next
Bağla

“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

21-07-2023 15:24
“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

Azerconnect” şirkəti 22 İyul - Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün “Telekommunikasiyada müasir çağırışlar” mövzusunda ikigünlük seminar təşkil edib.

Şirkətdən bildiriblər ki, seminarın keçirilməsində əsas məqsəd telekommunikasiya sahəsində ölkəmizdə və dünyada baş verən yeniliklər və mövcud çağırışlar, Azərbaycanda telekommunikasiya operatorlarının fəaliyyətində tətbiq olunan innovasiyalar və inkişaf perspektivləri barədə media işçilərinin məlumatlılığını artırmaq olub.

“Azerconnect” şirkətinin marketinq üzrə Baş müdiri Müşfiq Əliyev, Korporativ kommunikasiya departamentinin rəhbəri Əlimərdan Sultanov, İnformasiya texnologiyaları və əsas şəbəkə üzrə aparıcı direktoru Pərviz İsmayılov mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edərək təqdimatlar ilə çıxış ediblər.

Çıxış edənlər “Azerconnect” şirkəti və onun telekommunikasiya sektorunda göstərdiyi xidmətlər, icra olunan layihələr, sözügedən sahədə dinamik dəyişikliklər, müasir çağırışlar, şirkətlərin və müştərilərin gözləntiləri, gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər.

Daha sonra media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılıb.

Seminarda ümumilikdə ölkənin 30-a qədər aparıcı media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.

“Azerconnect” ölkənin dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.

“Azerconnect” şirkəti “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupuna daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

14-12-2022

Azerconnect Türkiyəyə 5 milyon TL dəstək göstərdi

10-02-2023

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022

Azerconnect şirkətinin Qarabağa investisiyası 60 milyon manata çatacaq

06-02-2024

Azerconnect Group “Best Managed Companies” mükafatına layiq görüldü

31-05-2024

Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21-04-2026

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

12-06-2024

Bakcell jurnalistlər üçün seminar keçirib

27-12-2022

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

04-04-2023

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

Bakcell jurnalistlər üçün seminar təşkil edib

13-10-2021

Bakcell jurnalistlər üçün növbəti dəfə seminar keçirib

11-10-2019

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

"Azerconnect" şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

01-08-2023

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi    

20-07-2022

Azərbaycanda ilk dəfə “FLEXcellence” proqramının tətbiqinə başlanılıb

20-05-2021

Mobil telekommunikasiyaya giriş adlı seminar keçirilib

25-12-2018

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçildi

22-02-2024

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Azerconnect şirkəti İKT sahəsində tanınmış mühəndis Bəxtiyar Etibarovun vəfatı ilə bağlı Nekroloq yayıb

16-09-2021

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə