“Azərkosmos” Maskatda keçirilən və kosmik sektorun nümayəndələrini bir araya gətirən “Oman Space Conference 2026” konfransında iştirak edib.
Xeberler.az məlumat verir ki, tədbir çərçivəsində “Kosmik siyasət və beynəlxalq əməkdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələr zamanı Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlığa, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə yanaşması təqdim olunub.
Konfrans çərçivəsində, həmçinin Yer səthinin müşahidəsi, kosmik sənayenin inkişafı və peyk rabitəsi məsələləri müzakirə edilib.
“Azərkosmos”un beynəlxalq tədbirdə iştirakı Azərbaycanın digər ölkələrlə kosmik sahədə əməkdaşlığının genişləndirilməsinə və bu sahənin inkişafının perspektivli istiqamətləri üzrə təcrübə mübadiləsinə töhfə verir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları