Previous Next
Bağla

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022 21:17
Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

Bakı, 11 may 2022 – Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti 10-11 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”na qatılıb.

Xeberler.az məlumat verir ki, Mərkəzi Asiya regionunda ilk dəfə keçirilən tədbirdə bölgənin kosmik agentliklərinin və beynəlxalq kosmik ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfransda əsasən sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, peyklər və onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr aparılıb.

Azərkosmosun sədri Saməddin Əsədov tədbirdə çıxış edərək ölkəmiz üçün kosmik sahənin əhəmiyyətindən, bu sahədə Azərbaycanın telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər sahələrdə həyata keçirilən layihələrdən bəhs edib. Konfransda işğaldan azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat verilib.

Konfrans çərçivəsində Azərkosmos və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan və Qazaxıstan arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, “Qarış Saparı” şirkəti 2005-ci ildə Qazaxıstan Respublikasının dövlət sərəncamına əsasən kosmik sahənin inkişaf etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.

Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar konfransı”nın bugünkü gündəliyində kosmik sənaye üzrə regional və beynəlxalq səviyyədə bazar tendensiyaları, bu sahənin gələcəkdə insanların rifahı üçün yaradacağı imkanlar öz əksini tapıb.

Həmçinin kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Azərkosmos haqqında

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Daha ətraflı məlumatı veb-saytımızdan ala bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022
Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022
Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015
Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-07-2022
“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023
Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

17-06-2022
Azərkosmos müsabiqə elan edir

Azərkosmos müsabiqə elan edir

01-09-2022
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022
Müsabiqələrin finalçıları məlum olub

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Azərkosmosda olublar

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Azərkosmosda olublar

18-08-2022
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019
“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025
Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023
Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021
Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023
“Azərkosmos”a səfər

“Azərkosmos”a səfər

11-10-2018
Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021
Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022
Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026
“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə