Previous Next
Bağla

“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

15-03-2022 11:10
“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

Ölkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC və “Access Bank” QSC-nin birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib. Regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir.

Xeberler.az bildirir ki, agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə edilir.

Qeyd edək ki, layihə Azərbaycanda ilk dəfədir reallaşdırılır və agent bank funksiyasını “Azərpoçt” MMC həyata keçirəcək.

Müqaviləyə əsasən, layihəyə “Azərpoçt”un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulacaq. Artıq mart ayından etibarən vətəndaşlar həmin poçt filialında bank əməliyyatlarını həyata keçirə biləcəklər. Müştərilərə ilk növbədə mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunacaq.

“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, bu il ərzində agent bankçılıq layihəsi daha bir neçə regionu əhatə edəcək.

Layihənin reallaşması nəticəsində bank məhsulları və xidmətləri bölgə sakinləri üçün daha əlçatan olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

17-05-2022

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022

“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib

21-01-2026

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

Azərpoçt kreditləşmə mexanizmi hazırlayır

19-08-2015

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

22-04-2024

Azərpoçt MMC korporativ informasiya sistemini yeniləyir

14-05-2015

Elektron bankçılığın üstünlükləri nələrdir?

17-04-2015

“Azərpoçt” “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartları təqdim edib

03-11-2021

Azərbaycanda elektron bankçılıq genişləndiriləcək

06-01-2015

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025

Ölkədə internet bankçılıq xidməti ilə bağlı vəziyyət necədir?

09-12-2015

“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı

15-01-2021

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

Azərpoçt MMC bank nominasiyasının qalibi olub

18-10-2018

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020

“Azərpoçt” ABA-ya üzv olub

10-06-2023

Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər

14-05-2026

Open Banking Lab layihəsinə start verilir

15-08-2019

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə