“Azərpoçt” MMC özünün plastik kartlarını buraxıb.

26-01-2011 / 19:54

“Azərpoçt” MMC özünün plastik kartlarını buraxıb. Bu barədə “Azərpoçt” MMC-nin əməkdaşı Fərid Cəfərov məlumat verib. O bildirib ki, hələlik bu kartlar poçt işçilərinə əmək haqqının verilməsi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, gələcəkdə isə kartların sayının və çeşidinin artırılması planlaşdırılır.

“Azərpoçt” həm yerli, həm də “Visa International” sistemi üzrə kartlar buraxacağını deyən qurum əməkdaşı vurğulayıb ki, qurumun “Visa”nın üzvü olması məsələsinin ilin ortalarına qədər həll olunması gözlənilir.

“Hazırda bu sistem Bakı şəhərini əhatə edir. Lakin gələcəkdə regionlarda da bu sistem öz əksini tapacaq. Kartları əldə etmək istəyən hər kəs qurumun maliyyə xidmətlərinə müraciət etməklə əldə edə bilər. Amma hələ ki, bu sistem fevraldan “Azərpoçt”da keçiriləcək. Bankomatlar bizim bankomatlarımızdır və biz MilliKart prosessinq mərkəzi vasitəsilə qoşuluruq”- deyə o əlavə edib.

Qeyd edək ki, “Azərpoçt”un “MilliKart” prosessinq mərkəzi ilə bağlıdığı müqavilə əsasında artıq 2 min plastik kart dövriyyəyə buraxılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə