Previous Next
Bağla

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015 14:16
Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

Azərkosmos ASC Yer səthinin məsafədən müşahidəsi sahəsində böyük təcrübəsi olan Fransanın  Airbus Defence and Space şirkətinin əməkdaşları ilə  birgə “Azərbaycanda təbii sərvətlərin idarə edilməsində coğrafi məlumatların potensial töhfəsi” mövzusunda seminar keçirib.

Xeberler.az bildirir ki, Azersky peykinin təbii sərvətlərin idarə edilməsində tətbiqi barədə aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi,  Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi, Elmin İnkişafı Fondu, AMAKA, Azərsu ASC, BMT-nin İnkişaf Proqramı, AMEA, Milli Aviasiya Akademiyası və ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Seminar çərçivəsində Azərkosmos və Airbus Defence and Space şirkətlərinin mütəxəssisləri tərəfindən Azersky, SPOT 6 və Pleiades peyklərinin texniki xüsusiyyətləri, peyk təsvirlərinin ətraf mühitin öyrənilməsində istifadəsi, geoməkan tədqiqatları, ətraf mühitlə bağlı fövqəladə hallar zamanı yaranan risklər, kəşfiyyat və hasilat xidmətləri haqqında ümumi məlumat, geoloji tədqiqatlar, neft sızıntıları və dağ-mədən sənayesində peyk təsvirlərindən istifadə mövzularında təqdimatlar keçirilib.

Əlavə olaraq, seminar iştirakçılarına 2015-ci ildə Azersky peykindən əldə olunmuş təsvirlərin tətbiq olunması ilə həyata keçirilən layihələr: 2015-ci ilin may-iyun aylarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə törədilmiş yanğınların monitorinqi, Hirkan milli parkının kosmik monitorinqi, Hacıqabul gölünün akvatoriyasinin kosmik monitorinqi, dövlət sərhədlərinin monitorinqi və s. layihələr barədə məlumat verilib.

Bununla yanaşı, seminarda “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində peyk təsvirlərindən istifadə barədə də məlumat verilib. Ölkə başçısı cənab İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq yaradılmış TSİS Azərbaycan e-Kənd təsərrüfatı sisteminin tərkib hissəsi olub, kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin idarə olunması və bu dəstəyə nəzarətin həyata keçirilməsi üçün əsas istinad sistemi hesab olunur.

Sistemin yaradılmasında 20 177 km2 ərazinin peyk təsvirlərindən istifadə edilməsi qərara alınıb. Bu məqsədlə Azərkosmos ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya Müəssisəsi arasında müqavilə imzalanıb və qeyd olunan ərazilərin peyk təsvirləri Azərkosmos tərəfindən təmin olunur.

Ötən il iyunun 30-da orbitə çıxarılmış və dekabrın 2-dən etibarən Azərkosmosa təhvil verilmiş Azersky peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.

Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır. Bundan əlavə Azərkosmos Airbus Defence and Space şirkətinə məxsus, 0.5 m ayırdetməli Pleiades 1A və Pleiades 1B, TerraSAR-X və TanDEM-X peyklərinin Azərbaycanda rəsmi və yeganə satış təchizatçısıdır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015

“Azərkosmos”-da seminar keçirilib - Fotolar

22-04-2015

Fransa şirkəti ilə “Azersky” peykinin imkanları müzakirə olunub

27-05-2015

Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

20-09-2016

“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

06-10-2023

Azərkosmos-un mütəxəssisləri Fransada təlim keçib

24-11-2015

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

Azərkosmos Ağdamın işğal olunmuş hissəsində yanğın aşkarlayıb

02-07-2018

Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

31-08-2015

Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

20-04-2023

Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

09-10-2015

Peyk təsvirlərdən Şəki də yararlandı

25-10-2017

Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

11-11-2015

Təmas xəttində Azersky peyki vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb

29-06-2015

“Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” mövzusu müzakirə olunub

05-11-2015

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

25-09-2018

Azərbaycan ərazinin fotoşəklini çəkmək üçün peykdən istifadə edəcək

03-12-2014

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019

“Kosmik texnika və texnologiya” ixtisası üzrə bakalavr və magistr hazırlığına başlanması təklif olunur

18-11-2015

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərkosmos Türkiyənin “Impro” şirkəti ilə əməkdaşlıq edəcək

25-09-2024

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Azersky peyki ilə bağlı təklifi olanların nəzərinə

26-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə