Previous Next
Bağla

Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

31-08-2015 14:37
Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

Xəbər verdiyimiz kimi, hazırda  ikinci telekommunikasiya peykimiz, Azərspace-2-nin orbitə buraxılması istiqamətində işlər davam edir.

Xeberler.az Azerspace-2 istiqamətində görülən işlərlə maraqlanıb.
Azərkosmos ASC yeni peyklə bağlı  gələcək strategiyası, planları və hazırda gördüyü işlərlə bağlı Xeberler.az-ın suallarına münasibət bildirib:

-Növbəti telekommunikasiya peykinin və aşağı orbitli 2-ci peykin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

-Hazırda peyk operatoru olan Azərkosmos ASC-nin idarəçiliyində 2 peyk, ilk telekommunikasiya peyki Azerspace-1 və  aşağıorbitli  Azersky, Yer səthinin məsafədən müşahidə peyki fəaliyyət göstərir.
 2017-ci ildə Azərbaycana məxsus ikinci telekommunikasiya peykinin orbitə buraxılması üzərində işlər gedir. Yaxın gələcək üçün  2-ci aşağıorbitli peykin orbitə buraxılması isə nəzərdə tutulmayıb. 

-Azerspace2- ilə bağlı  hansı şirkətlərlə əməkdaşlıq edilir?

-İkinci telekommunikasiya peyki Azerspace-2-nin orbitə buraxılması istiqamətində nəzərdə tutulan tender davam edir. Açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın Orbital ATK və Space Systems Loral, Çinin China Great Wall Industry Corporation və Fransanın Airbus Defence and Space şirkətləri daxildir. Bu ilin III rübündə tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

-Peykin buraxılması  nə vaxta nəzərdə tutulur?

-Azerspace-2 telekommunikasiya peykinin orbitə buraxılması 2017-ci ildə nəzərdə tutulub.  

-Aşağı orbitli əsas hansı məqsədlər üçün istifadə edilir, hansı xidmətləri təqdim edəcək?

-Qeyd edək ki, 2014-cü ilin dekabrında Azərkosmos və Fransanın Airbus Defence and Space şirkəti ilə imzalanmış müqaviləyə əsasən aşağıorbitli yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki Azersky artıq kommersiya yönümlü istifadədir. Azersky peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykini orbitə çıxarılmaqla Azersky peykinin təklif etdiyi xidmətlər spektrinin genişləndirilməsi daxildir.

-Bu Peykin hazırlanması üçün nə qədər vəsait nəzərdə tutulur?
Resursların icarəsindən ilk gəlir nə zaman və hansı həcmdə daxil olmağa başlayacaq?

-Azərkosmos ASC-nin verdiyi məlumata görə, Azerspace-2-nin orbitə buraxılması istiqamətində nəzərdə tutulan tender hələki davam edir. Resursların icarəsindən ilk gəlir nə zaman və hansı həcmdə daxil olmağa başlanılması haqqında məlumat tender prosesi bitdikdən sonra dəqiq məlum olacaq.

-Peykin istismarı nəticəsində Azərbaycan telekommikasiya sahəsində hansı müsbət nəticələr əldə edəcək?

-2017-ci ildə orbitə buraxılması nəzərdə tutulan Azerspace-2 sürətlə inkişaf edən Mərkəzi Avropa, Şərqi Avropa, Asiya və Sakit Okean regionlarında olan aparıcı DTH platformaları da daxil olmaqla bizim bu orbital mövqedə olan potensial  müştərilərimizin böyümək hədəflərini dəstəkləyəcək, Afrikada olan korporativ şəbəkələr üçün peyk əsaslı rabitə təmin edəcək. Bununla yanaşı, birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı olacaq və Azərkosmosa müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.

-Yeni peyklərin xidmətlərinin təqdim ediləcəyi  dövlətlər, şirkətlərlə indidən işlər aparılırmı ?

-Azərbaycana məxsus ikinci telekommunikasiya peykinin  45° şərq uzunluğu orbital mövqeyinə qaldırılması üçün dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat S.A. (NYSE: I) ilə strateji razılaşma imzalanıb. Razılaşmaya əsasən,  Azərkosmos Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün müəyyən olunmuş orbital mövqe əldə edib. İki şirkət növbəti iki il ərzində Azerspace-2 peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər.  Qeyd edək ki, Azerspace-2 regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. 

 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerspace-2 ilə bağlı tenderin qalibi yaxın vaxtlarda bilinəcək

27-08-2015

Azerspace-2 üçün hazırlıqlar davam edir

28-08-2015

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azerspace-2”peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair tender üzrə təkliflər zərfləri açıldı

24-04-2015

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

Azerspace-2 peyki orbitə neçəyə buraxılacaq?

19-09-2018

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

08-06-2015

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

13-09-2018

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

"Azerspace 2"-nin texniki parametrləri müəyyənləşdirilir

11-01-2015

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013

“Azerspace-2” peykinin orbitə çıxarılması planı hazırlanıb

23-04-2015

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərbaycanın ikinci peyki 191,36 milyon dollara başa gələcək

24-10-2015

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə