Previous Next
Bağla

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018 11:27
Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

Azərkosmos ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi müsabiqəsinin nəticələrini elan edib.

Xeberler.az məlumat verir ki, artıq üçüncü dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötən ilki müsabiqələrdə olduğu kimi Azersky peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumiilikdə 23 təklif təqdim edilib.

Belə ki, müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, Azersky peykindən alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları 18 iyul 2018-ci ildə Azərkosmos ASC-də keçirilən müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb.

Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən səkkiz təklif qalib seçilib. İştirakçıların sorğusuna əsasən Azersky peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub.

Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək. Qalib layihələrin hesabat sənədlərində əsasən, Azərbaycanın dağlıq ərazilərində torpaq, kənd təsərrüfatı və meşə resurslarının dinamikasının qiymətləndirilməsi, çay daşqınlarının və onların fəsadlarının proqnozlaşdırılması, göllərin ekologiyası və dəyişmə dinamikası, sahil xəttində neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin spektral xarakteristikaları, qar-su ehtiyatının proqnozlaşdırılması və bu kimi digər məsələlərin Azersky – Yer səthinin məsafədən müşahidəsi peykindən əldə edilən peyk təsvirləri vasitəsilə öyrənilməsi öz əksini tapacaq və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

Bildirək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan Azərkosmos ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2018-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azərkosmos”a səfər

11-10-2018

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

Azərkosmosun keçirdiyi müsabiqənin qalibi müəyyənləşib

17-09-2019

“Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsun”

16-12-2016

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

Azersky peyki ilə bağlı təklifi olanların nəzərinə

26-05-2017

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə