Previous Next
Bağla

Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

20-09-2016 15:46
Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

 

Azərkosmos ASC “Radar Təsvirləri və onların tətbiq sahələri” mövzusunda seminar keçirib.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Radar təsvirləri və onların tətbiq sahələri” mövzusunda seminar keçirilib.

Kanadanın kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası ilə birgə təşkil olunmuş seminarın məqsədi Yer səthinin radarla müşahidəsinin imkanlarını nümayiş etdirmək və qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq olub.

Seminar zamanı MDA və Azərkosmos-un mütəxəssisləri tərəfindən radar peyklərindən əldə olunan təsvirlər, peyk təsvirlərinin, ətraf mühitin monitorinqi və kənd təsərrüfatı üçün istifadəsi, radar təsvirləri vasitəsilə geoməkan tədqiqatları, ətraf mühitin, dənizdə neft çirklənməsinin monitorinqi, müdafiə və təhlükəsizlik, eləcə də təsvirlərin kəşfiyyat və hasilat zamanı istifadəsi mövzularında təqdimatlar və müzakirələr keçirilib. Müzakirələr zamanı, həmçinin radar və optik peyklərin təsvirlərinin birgə istifadəsi yolları nəzərdən keçirilib.

Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Aeorokosmik Agentlik, Respublika Seysmoloji Xidmət Mərkəzi, Milli Aviasiya Akademiyası, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti, BP Azərbaycan və həmçinin peyk təsvirlərinin emalı ilə məşğul olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, keçən ilin oktyabr ayında MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti Azərkosmos ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci  telekommunikasiya peykinin istehsalçısı seçilib. Əməkdaşlıq çərçivəsində MDA korporasiyası “Azərkosmos”a özünəməxsus olan Radarsat peykləri vasitəsilə əldə  olunmuş təsvilər və onların emalı üzrə təcrübənin uzunmüddətli təlimlər formasında ötürülməsini də təmin edir ki, keçirilmiş seminar bu layihənin tərkib hissələrindən biridir.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fransa şirkəti ilə “Azersky” peykinin imkanları müzakirə olunub

27-05-2015

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015

“Azərkosmos”-da seminar keçirilib - Fotolar

22-04-2015

Azerspace 2-nin yeni istehsalçısı seçilib

21-10-2015

Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015

“Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” mövzusu müzakirə olunub

05-11-2015

Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

09-10-2015

Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

11-11-2015

Azərkosmos Yaponiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

07-02-2020

“Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsun”

16-12-2016

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

25-09-2018

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

11-10-2023

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018

“Azərkosmos”a səfər

11-10-2018

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

Peyk təsvirlərdən Şəki də yararlandı

25-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə