Previous Next
Bağla

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020 16:33
“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

Türkiyənin beynəlxalq xəbər yayımında aparıcı xəbər kanallarından olan “TRT World” kanalı “Azerspace-1” peykində də yayıma başlayıb.

Xeberler.az-ın məlumatına görə, “Azərkosmos” ASC-dən bildirilib ki, ingilis dilli xəbər kanalı olaraq “TRT World” aktual mövzuları geniş auditoriya kütləsinə doğru, qərəzsiz və operativ formada təqdim edir. Kanal “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır.

“Kanalımızın “Azerspace-1” peykində yayımlanmasından olduqca məmnunuq. “TRT World” kanalının strateji əhəmiyyətli regionlarda yayımı bizim üçün xüsusi önəm kəsb edir. “Azərkosmos”la bu əməkdaşlığımız bizə imkan verəcək ki, kanalımızın sosial, humanitar məzmunlu proqramlarını daha çox izləyiciyə çatdıraq”, – deyə “TRT World” kanalının Qlobal rəqəmsal, peyk yayımı və tərəfdaşlıq üzrə rəhbəri Furkan Han bildirib.

“Son aylar ərzində “TRT World” kanalı ilə birgə iş təcrübəmiz gələcək əməkdaşlığımızın təməlini qoydu. “TRT World” kanalı ölkəmizin işğal altındakı əraziləri uğrunda apardığı haqlı mübarizəsini davamlı olaraq dünya ictimaiyyətinə çatdırdı. Bununla yanaşı, əməkdaşlığımız potensial yeni müştərilərin cəlb edilməsinə və xidmət coğrafiyamızın daha da genişləndirilməsinə imkan yaradacaq”, – deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

“Azərkosmos”a səfər

11-10-2018

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Peykimizdən yayımlanan kanallar siyahısına yeni kanal daxil olub

29-04-2015

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

CBC Sport kanalı Azerspace-1 peyki üzərindən yayıma başlayıb

03-11-2015

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

Türkiyənin daha bir kanalı Azerspace-1 üzərindən yayımlanacaq

01-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə