Previous Next
Bağla
REKLAM YERİ

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022 17:06
Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

Bakı, 6 aprel 2022 – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti Pakistanın paytaxtı İslamabad şəhərində İslam Ölkələri Arası Kosmik Elmlər və Texnologiyalar Təşkilatının (ISNET) kosmos üzrə beynəlxalq konfransında iştirak edib.

Xeberler.az bildirir ki, tədbir çərçivəsində Azərkosmos ISNET təşkilatının “Kosmik elm və texnologiya vasitəsilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi proqramı” üzrə keçirilən müsabiqənin qalibi olaraq mükafata layiq görülüb .

Müsabiqədə Azərkosmosun Coğrafi informasiya sistemləri mərkəzinin hazırladığı layihə təqdim olunub. Layihə Azərbaycan Respublikası üzrə 20 il (2000-2020) ərzində quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin peyk təsvirləri əsasında monitorinqini əks etdirir. Layihənin nəticələri Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf məqsədləri”nin 13, 15 və 17-ci bəndlərinə müvafiq olaraq qlobal əməkdaşlığı canlandırmaq hədəfinə uyğunlaşdırılıb.

Səfər müddətində nümayəndə heyəti “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında kosmik təhsil və maarifləndirmənin təşviqi: ISNET-ə üzv qurumlar arasında təcrübə mübadiləsi” üzrə keçirilən panel görüşlərində iştirak edib. Görüşlərdə tədbir iştirakçılarına Azərbaycanın kosmik sahəsi, peykləri və onların biznes fəaliyyəti, bu sahə üzrə qurulmuş beynəlxalq əlaqələr, o cümlədən Azərkosmosun kosmik sahədə həyata keçirdiyi elm və təhsil layihələri haqqında təqdimat nümayiş olunub.

Daha sonra İSNET təşkilatına üzv qurumlar arasında Azərbaycanın kosmik ölkə olaraq tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb və tədbir iştirakçıları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunublar.

 

Azərkosmos haqqında

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos”a səfər

11-10-2018

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

13-04-2019

Peykimizdən yayımlanan kanallar siyahısına yeni kanal daxil olub

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə