Previous Next
Bağla

“Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsun”

16-12-2016 10:27
“Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsun”

Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" adlı müsabiqənin yekunlarına həsr olunmuş seminar keçirilib.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, seminarda çıxış edən Azərkosmos ASC-nin sədr müavini Rövşən Rüstəmov layihənin məqsədindən söz açıb. 

R.Rüstəmov qeyd edib ki, əsas məqsəd Azersky peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir:

"Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 12 layihə təklif təqdim edilib. Bu layihələrdən yalnız 3-ü müsabiqənin şərtlərini qismən ödədiyi və ya daha əvvəl həyata keçirilmiş layihələr olması səbəbindən kənarda saxlanılıb. 9 layihə isə qalib layihələr olaraq seçilib. Layihələrin uğurla yerinə yetirilməsi bizim üçün çox əhəmiyyətlidir. Hesab edirik ki, bu layihələri həyata keçirdikdən sonra həmin layihələr müvafiq dövlət qurumları üçün çox gözəl nümunə olacaq."

Sədr müavini böyük risk tələb edən ekspedisiyalar zamanı peyk  təsvirlərinin daha geniş imkanlar yarada biləcəyini qeyd edib:

"Bu gün Azərbaycanın böyük həcmdə resursları işğal olunmuş torpaqlarımızda kütləvi şəkildə talan olunur. Bizim ora əlimiz çatmır və əlimiz çatan yeganə vasitələr məhz peyk təsvirləridir. Həmin təsvirlər üzərindən monitorinqlər aparmaq mümkündür. Biz istərdik ki, artıq Azərkosmos-a elm təşkilatları, tədqiqatçılar da qoşulsunlar və ölkəmizin gələcək inkişafı naminə səylərimizi birləşdirək".

Azərsky kommersiya qrupunun rəhbəri İslam Əlizadə isə Azərkosmos ASC və Azersky haqqında təqdimatla çıxış edib, Cənubi Qafqazın yeganə peyk operatoru olan Azərkosmos tərəfindən təqdim olunan xidmət və məhsullar haqda ətraflı məlumat verib.

Azersky peykinin təsvirlərinin emalı qrupunun rəhbəri Aqil Əhmədov isə layihələrin qiymətləndirilməsinə dair yekun təqdimatla çıxış edib. Qeyd edib ki, müsabiqəyə təqdim edilən layihələr əsas 3 meyar üzərindən - ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması; Yer səthinin məsafədən müşahidəsi sahəsində yeni təşəbbüs olması və innovativlik meyarlarına əsasən qiymətləndirilib.

A.Əhmədov qeyd edib ki, təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına tam cavab verən dörd təklif qalib seçilib. Bununla yanaşı, müsabiqənin qalibi olmayan, lakin maraq doğuran bir sıra digər layihələr də həvəsləndirici yerlərlə təltif ediliblər.

İştirakçılar adından çıxış edən Datum MMC-nin baş direktoru Camal İsmayılov "Filiz yataqlarının öyrənilməsində və tədqiqində multispektral peyk təsvirlərinin tətbiqi" layihəsi haqda təqdimatla çıxış edib. 

İştirakçıların sorğusuna əsasən, Azersky peyki  vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə və həvəsləndirici yerlərin sahiblərinə təmənnasız təqdim olunub.

Tədbirin sonunda Azərkosmos ASC  ilə layihə icraçıları arasında "İctimai proqram çərçivəsində Texniki Qiymətləndirmə Sazişi" bağlanılıb.Sazişi layihə qalibləri və Azərkosmos ASC-də sədr müavini Rövşən Rüstəmov imzalayıb.

Müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti altı ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019
Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018
Azərkosmosun keçirdiyi müsabiqənin qalibi müəyyənləşib

Azərkosmosun keçirdiyi müsabiqənin qalibi müəyyənləşib

17-09-2019
Azersky peyki ilə bağlı təklifi olanların nəzərinə

Azersky peyki ilə bağlı təklifi olanların nəzərinə

26-05-2017
"Azərkosmos" yeni layihəyə start verir

"Azərkosmos" yeni layihəyə start verir

10-04-2020
Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

Azersky peykinin maliyyələşdirilməsi həyata keçirilir

11-11-2015
 “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024
Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018
Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015
Azərkosmos müsabiqə elan edir

Azərkosmos müsabiqə elan edir

01-09-2022
AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019
Sədr müavini: “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib

Sədr müavini: “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib

27-11-2024
“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

02-05-2025
Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

20-09-2016
Azərkosmos Füzulinin əldə olunmuş görüntülərini yayımlayıb

Azərkosmos Füzulinin əldə olunmuş görüntülərini yayımlayıb

23-08-2019
“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020
Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

Azərkosmos-da peyk təsvirləri ilə bağlı yeni sistem quraşdırılıb

09-10-2015
Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

07-10-2020
“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021
Azərkosmos-a 2 sədr müavini təyin edilib

Azərkosmos-a 2 sədr müavini təyin edilib

11-06-2018
“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014
Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021
Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015
İnstitut əməkdaşı Azərkosmos müsabiqəsinin qalibi oldu

İnstitut əməkdaşı Azərkosmos müsabiqəsinin qalibi oldu

07-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə