Previous Next
Bağla

Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

19-10-2016 10:23
Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında da  fərman verib.

Xeberler.az məlumat verir ki, fərmana əsasən,  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016,  № 6, maddə 1055) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər ediləcək:

1. Aşağıdakı məzmunda 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlər əlavə edilsin:

“2.14.11-1. elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları;

2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar;”.

2. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.16. Vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərir. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradır və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərir. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilir və  sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdirilir.”.

3. Aşağıdakı məzmunda 2.16-1-ci və 2.16-2-ci bəndlər əlavə edilsin:

“2.16-1. Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət  edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdirilir.

2.16-2. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini bu Əsasnamənin 2.16-1-ci bəndində nəzərdə tutulan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirirlər.”.

4. 2.18-ci bənddə “və 2.14.8-ci – 2.14.12-ci” sözləri “2.14.8 – 2.14.11-ci və 2.14.12-ci” sözləri ilə əvəz edilsin və həmin bəndə “2.14.5-ci – 2.14.7-ci” sözlərindən sonra “, 2.14.11-1-ci və 2.14.11-2-ci” sözləri əlavə edilsin.

5. 2.19-cu bənddə “2.14.8-ci və 2.14.9-cu” sözləri “2.14.8-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,” sözlərindən sonra “imza yaratma məlumatları və” sözləri əlavə edilsin.

6. 2.20-ci bənddə “2.14.1-ci – 2.14.9-cu” sözləri “2.14.1-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,” sözlərindən sonra “imza yaratma məlumatları və” sözləri əlavə edilsin.

7. 2.21-ci bənddə “bütün məlumatların” sözlərindən sonra “(imza yaratma məlumatları istisna olmaqla)” sözləri əlavə edilsin.

8. 2.29.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.29.4-cü yarımbənd əlavə edilsin:

“2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.”.

9. Əsasnaməyə 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:

“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:

1.1.3-1.1. Bəli

 

1.1.3-1.2. Xeyr

 

10. Əsasnaməyə 2 nömrəli Əlavə – “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:

“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:

1.1.3-1.1. Bəli

 

1.1.3-1.2. Xeyr

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017

ASAN ödəniş sistemi haqqında fərman

01-05-2019

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Elektron imza ilə bağlı proqram təminatı sınaqdan keçirilir

26-02-2015

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020

İnnovasiyalar Agentliyinin nizamnamə fondu artırıldı

08-04-2020

Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-01-2019

Yeni şəxsiyyət vəsiqələri ilə bağlı mühüm xəbər

03-12-2018

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

AZƏRTAC-ın adı dəyişdirildi

10-08-2015

"Şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib

14-07-2025

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı fərman verib

15-01-2019

Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

19-10-2016

"İnformasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

14-05-2022

Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı Fərmana dəyişikliklər edilib

02-06-2015

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək

25-07-2025

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

20-06-2015

MM şəxsiyyət vəsiqəsində əks olunan məlumatların yenilənməsi təsdiqləyib

04-07-2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

12-07-2016

“ASAN xidmət” -də xidmət növlərinin genişləndirilməsi və "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-02-2014

Elektron imza saytına yeni funksional bölmələr əlavə edilib

03-04-2013

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə