Previous Next
Bağla

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

15-05-2019 17:34
Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

Prezident İlham Əliyev "Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi" ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Xeberler.az bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestri (bundan sonra – “G2B” reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra – Elektron Reyestr) tərkibində təşkil edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görmək, həmçinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli fərmanına uyğun olaraq “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, “G2B” reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini Elektron Reyestr vasitəsilə həyata keçirmək tapşırılıb.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. bu Fərmanın 2.2-ci bəndinə əsasən həyata keçirilən qiymətləndirmənin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Elektron Reyestr vasitəsilə “G2B” reyestrinə daxil etdiyi hər bir xidmətin “KOB indeksi”ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla qiymətləndirilməsini təmin etsin:

3.1.1. xidmətin mikro, kiçik və orta biznesin (KOB-un) inkişafına təsiri;

3.1.2. KOB-lara göstərilən xidmətin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri;

3.2. bu Fərmanın 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilən qiymətləndirmənin nəticələri barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki:

4.1. “G2B” reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsindən və “Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.1-ci bəndindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

4.2. “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Agentliyə kömək göstərilməsini, onun sorğularının operativ qaydada və hərtərəfli cavablandırılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təklifləri əsasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi qaydasını beş ay müddətində təsdiq etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli və 10 aprel tarixli 619 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. “Dövlət orqanının adı” sütununda “orqanının” sözündən sonra “(qurumunun)” sözü əlavə edilsin;

6.2. 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 5-ci bəndinə “avtomobil” sözündən əvvəl “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində” sözləri əlavə edilsin;

6.3. 19-cu hissənin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3. Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlanılması”.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri yaradılacaq

27-06-2018

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015

Qanunda dəyişiklik edildi

16-07-2018

Prezident “Vətəndaşların müraciətləri haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb

13-11-2015

İlham Əliyevdən teleradio yayımları ilə bağlı sərəncam imzalayıb

18-04-2019

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019

“Telekommunikasiya haqqında” qanunda dəyişikliklər edilib

02-06-2016

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018

Azərbaycanda “e-KOB evi” portalı yaradılır

09-08-2021

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

12-02-2015

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016

“Elektron ipoteka” sistemi yaradılıb -Fərman

22-06-2016

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020

Azərbaycanda yeni qurum yaradıldı

07-11-2018

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

08-05-2021

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə