Previous Next
Bağla

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022 12:54
AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

Azərbaycanın və Türkiyənin aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Türk Telecom International” (TTI) Azərbaycandan Avropaya Türkiyə vasitəsilə rəqəmsal dəhlizin əsasını yaradan ilkin 200 Gbit/s həcmində tranzit tutumun alınması ilə bağlı müqavilə imzalayıb.

Xeberler.az bildirir ki, “AzerTelecom” şirkətinin Qərb və Şimal istiqamətlərində şaxələndirilmiş təchizat marşrutlarına əlavə olaraq, “Türk Telecom International” ilə yeni əməkdaşlıq Türkiyə və Avropa istiqamətində daha bir alternativ rəqəmsal tranzit dəhlizinin yaranmasına imkan verir. Tərəflər buna qədər bir çox rabitə xidmətlərinin mübadiləsi, o cümlədən Azərbaycanın Naxçıvan regionunun Türkiyə vasitəsilə məlumat və səs ötürülməsi də daxil olmaqla sabit, dayanıqlı və təhlükəsiz bağlantı xidmətləri ilə təmin olunması sahəsində əməkdaşlıq əlaqələrini qurublar.

Yeni məlumat ötürmə tutumunun alınması və bağlantı marşrutu “AzerTelecom” şirkətinin Azərbaycan vasitəsilə Şərq-Qərb arasında rəqəmsal telekommunikasiya dəhlizinin qurulmasını hədəfləyən strateji və irimiqyaslı “Rəqəmsal İpək Yolu” layihəsinin bir hissəsidir.

“Türk Telecom İnternational” şirkəti ilə yeni tərəfdaşlıq Şərq və Qərb arasında əlçatanlığın və bağlantının gücləndirilməsində Azərbaycanın daha bir mühüm regional uğurudur. Müxtəlif çağırışlarla zəngin olan dövrdə bu əməkdaşlıq ölkələr arasında və regionda kommunikasiya xidmətlərinin dayanıqlığını artırmaq və təkmilləşdirmək üçün yeni imkanlar yaradacaq.

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə səkkiz ölkədə fəaliyyət göstərən “NEQSOL Holding” çoxşaxəli şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

“Türk Telekom International” Mərkəzi və Şərqi Avropa regionunda, Türkiyə, Qafqaz, Yaxın Şərq və Asiyada fəaliyyət göstərən aparıcı telekommunikasiya operatorudur. “Türk Telekom International” mövcud şirkətlərə, alternativ operatorlara, mobil operatorlara, kabel televiziyası şirkətlərinə, internet provayderlərinə və korporativ müştərilərə tam çeşiddə İnternet/data xidmətləri, infrastruktur və topdansatış səs xidmətləri təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

“AzerTelecom” və “Sparkle” əməkdaşlıq edəcək

21-04-2022

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

AzerTelecom şirkətinin Baş direktoru Capacity Middle East tədbirində çıxış edib

15-02-2024

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə