Previous Next
Bağla
REKLAM YERİ

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025 12:54
"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

"Euronews" telekanalında regionun əhəmiyyətli rəqəmsal bağlantı layihəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti haqqında xüsusi veriliş yayımlanıb. "Azerbaijan Diary" ("Azərbaycan Gündəliyi") verilişinin buraxılışında bildirilib ki, "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) təşəbbüsünün mühüm komponenti olan layihə Xəzər dənizinin dibi ilə ilk fiber-optik infrastrukturun yaradılmasını nəzərdə tutur.

"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin sürətlə inkişaf edən Orta Dəhliz regionu üçün yaradacağı üstünlüklər, həmçinin layihənin icrasına dair son yenilikləri diqqətə çatdırıb. O, vurğulayıb ki, dayanıqlı fiber-optik xətt regionun İKT ekosisteminin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək: "Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında daha qısa, balanslı və şaxələndirilmiş məlumat ötürülməsini dəstəkləyən və strateji mövqeyə sahib olan rəqəmsal marşrut olaraq fəaliyyət göstərəcək".

Verilişdə, həmçinin layihənin əsas texniki göstəriciləri barədə detallı məlumatlar təqdim olunub. Qeyd edilib ki, tikintisi 2026-cı ilin sonunadək tamamlanması gözlənilən kabel xətti regionda texnoloji asılılığın azalmasına, rəqəmsal xidmətlərin çeşidinin genişlənməsinə və ölkələr, bizneslər, icmalar üçün yeni imkanların yaranmasına şərait yaradacaq.

"Euronews"un Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında hazırladığı xüsusi verilişi təqdim edirik:

 

 

"AzerTelecom" haqqında

"AzerTelecom" Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər telekommunikasiya xidmətləri təqdim edir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.

AzerTelecom müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Gələn il "Transxəzər Fiber-Optik Rabitə Xətti" işə salına bilər

26-12-2025

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə