Previous Next
Bağla

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023 14:56
"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri "AzerTelecom" və "Kazakhtelecom" “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin icrası istiqamətində birgə səylərini davam etdirir.

Əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən AzerTelecom, Qazaxıstan tərəfindən isə Kazakhtelecom şirkətləri Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.

Daha əvvəl imzalanmış Səhmdarlar müqaviləsi əsasında "AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko və "Kazakhtelecom" şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov şirkətin qeydiyyata alınmasına dair sənədi imzalayıblar. Tərəflər Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisinin həyata keçirilməsi üçün yeni təsis olunan birgə müəssisəyə öz dəstəyini ifadə ediblər.

“Birgə müəssisənin yaradılması tərəflərin Transxəzər kabel sisteminin qurulması istiqamətində atdıqları daha bir mühüm addımdır. Bu addım hər iki şirkətin bu beynəlxalq əhəmiyyətli layihənin icrasına sadiqliyini təsdiqləyir. Birgə müəssisə “Rəqəmsal İpək Yolu” layihəsinin vacib elementi olan, Asiya və Avropa arasında çoxterabitli həcmdə məlumat ötürülməsini təmin edəcək Transxəzər Fiber-Optik Kabel Xəttinin yaradılmasına sərmayə yatıracaq. “Rəqəmsal İpək Yolu” marşrutu biznes mühitinin yaxşılaşdırılmasında, iqtisadi inkişafda və ölkələrin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq. Bu, regional əməkdaşlıq üçün də yeni imkanlar açacaq”, - deyə "AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko bildirib.

Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.

“Bu layihəni regionun ən əhəmiyyətli layihəsi etmək üçün əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq. Hədəflərimiz, həmçinin Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımını sürətləndirəcək yeni tərəfdaşlıqların qurulmasını da özündə ehtiva edir”, - deyə "Kazakhtelecom" şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov bildirib.

“Rəqəmsal İpək Yolu” layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding" 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

"Kazakhtelecom" Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə