Previous Next
Bağla

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021 18:03
“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

“NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti tərəfindən icra edilən və Avropanı Orta və Cənubi Asiyaya bağlanacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 29 sentyabr-01 oktyabr tarixlərində Sinqapurda keçirilmiş “Submarine Networks World 2021” konfransında təqdim edilib.

Qlobal olaraq sualtı infrastrutura malik dünyanın ən nüfuzlu və qabacıl telekommunikasiya, eləcə də texnologiya şirkətlərini təmsil edən 100-dən çox çox məruzəçinin iştirakı ilə keçirilmiş nüfuzlu konfrans bu il virtual formatda baş tutub.
“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze konfransda iştirak edərək “Göllər və dənizə çıxışı olmayan ölkələr” adlı paneldə məruzəçi qismində çıxış edib. Ana Nakaşidze “NEQSOL Holding” tərəfindən təşəbbüş olunmuş və “AzerTelecom” şirkəti tərəfindən icra olunan, Avropa ilə Asiya arasında Gürcüstan və Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını hədəfləyən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi haqqında danışıb.

O göllərin ətrafında yerləşən və dənizə çıxışı olmayan ölkələr arasında bağlantı əlaqələrinin qurulmasının çətinliklərini qeyd edərək layihənin icrasında əsas çağırışları vurğulayıb. Bildirilib ki, “Rəqəmsal İpək Yolu” layihəsi bağlantı xidmətlərinin inkişafı nöqteyi nəzərindən yeni imkalar yaradır və bu baxımdan bütün region üçün mühüm əhəmiyyət kəsb edir.

“”Rəqəmsal İpək Yolu” layihəsi və onun Xəzər dəniz komponenti olan və Xəzər dənizinin dibi ilə Azərbaycan və Orta Asiya ölkələri arasında çəkiləcək “Transxəzər Fiber Optik Kabel Xətləri” data trafkinin artımına əhəmiyyətli töhfə verəcək və bütün regonun internet bağlantısı ilə daha yaxşı təmin olunması baxımında yeni imkanlar açacaq” - deyə Ana Nakaşidze bildirib.

“AzerTelecom” haqqında: “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış
telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Şirkət Avropanı Orta və Cənubi Asiyaya bağlayan irimiqyaslı rəqəmsal infrastruktur layihəsi olan “Rəqəmsal İpək Yolu” layihəsini icra edir. 2020-ci ildə “Rəqəmsal İpək Yolu” layihəsi ABŞ-da keçirilən “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

“AzerTelecom” və “Sparkle” əməkdaşlıq edəcək

21-04-2022

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə