Previous Next
Bağla

Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

23-08-2017 13:16
Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust ayı üçün sayı təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, icmalın bu sayında  göstərilir ki, 2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub.

İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

7 aylıq məlumatlarının təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, elektrik enerjisi 3.2 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz, kimya sənayesi məhsulları 30 faiz, alüminium və ondan hazırlanan məmulatlar 29 faiz, spirtli və spirtsiz içkilər 26 faiz, plastmassa və onlardan hazırlanan məmulatlar 12 faiz artıb.

2017-ci ilin iyul ayına gəldikdə isə qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Azexport.az portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 7 ayı ərzində Azexport. az portalına dünyanın 53 ölkəsindən 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Azexport.az portalına iyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə 15 % çox olub. Belə ki, Azexport. az portalına 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6.5, mart ayında 27, aprel ayında 29.9, may ayında 19, iyun ayında 62.3 və iyul ayında 71.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19%) ilə yanaşı Ukraynanın (7.8%), Türkiyənin (7.4%), ABŞ-ın (4.8%) və Səudiyyə Ərəbistanının (4.8%) adı var.

2017-ci ilin iyul ayında Azexport.az portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıc, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və s. tələbat böyükdür.

Bu məhsullar içərisində mahlıca, pambıq lintinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarından çox olub.

Həmçinin “İxrac İcmalı”nın bu sayında pambıqçılığın inkişafı qeyri-neft sektoru üzrə ixracın artmasına töhfəsi, Azexport.az portalı vasitəsi ilə  Azərbaycan mallarının Amazon.com portalında yerləşdirilməsi, Gömrük Bəyannamələrinin Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulması, Eskrou xidmətindən istifadə imkanları, pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan şirkətlər barədə məlumatların Azexport.az portalında yerləşdirilməsi barədə də ətraflı məlumatlar əksini tapıb.

 “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

 “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport-a 193 milyon dollar ixrac sifarişi daxil olub

17-07-2017

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

Azərbaycandan əsas nə ixrac olunur?- İcmal

19-06-2017

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017

Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

24-05-2017

Azexport.az-a 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub

11-04-2017

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018

Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

24-10-2017

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

31-08-2022

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

01-07-2022

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019

“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

01-08-2022

Azexport.az-a olan sifarişlərin həcmi açıqlanıb

30-11-2022

Azərbaycan qeyri-neft ixracından nə qədər qazanıb?

20-11-2017

Azexport.az portalına 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

27-12-2018

Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

30-09-2020

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

27-07-2023

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə