Previous Next
Bağla

“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

01-08-2022 11:55
“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

“İxrac icmalı”nın iyul sayına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 mln. ABŞ dolları və ya 25,4% artıb.

Xeberler.az bildirir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı 12,8%, pambıq iplik ixracı isə 5,2% artıb.

2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 428,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 382 milyon ABŞ dolları, Gürcüstana 88,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 84,6 milyon ABŞ dolları və ABŞ-a isə 57,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 mln. ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (118,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (38,2 milyon ABŞ dolları) ikinci və İsveçrə (18,2milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (35,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (34,2 milyon ABŞ dolları) ikinci və kartof (20,2 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Şimal AqroPark” MMC, “Rose Servis” MMC, “ZR-78 Company” MMC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Socar Polymer” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,8 milyon ABŞ dolları ilə Fransa, 2,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ və 0,7 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 203,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-iyun aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar

2022-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 248,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin iyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon ABŞ dolları olub.

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

01-07-2022

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019

"Azərkosmos" bu il təqribən 22 mln. dollarlıq xidmət ixrac edib

30-11-2022

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

27-07-2023

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

“Azərkosmos”un ixrac gəlirləri artıb

31-10-2022

Ötən il “Azərkosmos" 26 milyon dollardan çox xidmət ixrac edib

01-02-2023

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

31-08-2022

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

24-10-2017

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023

“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

02-04-2023

“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

31-01-2024

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

24-06-2023

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022

"Azərkosmos"un ixrac gəlirləri 43 % azalıb

02-01-2023

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə