Previous Next
Bağla

Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

24-10-2017 11:22
Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr ayı üçün sayı təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, icmalın bu sayında  göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olmuş və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25 faiz həcmdə artıb. Cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində bu ölkəyə 366 milyon ABŞ dolları dəyərində ixrac olub.

Növbəti yerləri isə Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) bölüşür.

2017-ci ilin 9 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (128.8 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (81.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə 9 ay ərzində meyvə-tərəvəz ixracı 307 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 87 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 milyon, kimya sənayesi məhsullarının ixracı 58 milyon ABŞ dolları təşkil edib.

Cari ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.

 “İxrac İcmalı”nın bu sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, Baku Steel Company MMC, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC, MKT İstehsalat Kommersiya MMC, Sun Food MMC, Talıbov Zabil Ocaqverdi oğlu, CTS-Agro MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD MMC, Fətəliyev Süleyman Məmməd oğlu və Food Export Şəmkir MMC təmsil olunur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda Marketinq və İqtisadi Əməliyyatlar idarəsi, Det-al Alüminium MMC, Azergold QSC, Azərenerji ATSC, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, SOCAR Methanol MMC, Geofizika və Geologiya İdarəsi, Suraxanı Maşınqayırma Zavodu Törəmə ASC, Azərbaycan Dəmir Yolları QSC və Naxçıvan MR Dövlət Energetika Agentliyi təmsil olunurlar.

“İxrac İcmalı”nda 2017-ci ilin 9 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 9 ayı ərzində dünyanın 60 ölkəsindən 355.8 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına 2017-ci ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 47.4 milyon ABŞ dolları təşkil edib.

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.2%) ilə yanaşı Türkiyənin (6.7%), Ukraynanın (6.3%), Hindistanın (4.9%) və ABŞ-ın (4.6%) adı var. Sentyabr ayında diqqət çəkən məqamlardan biri Hindistandan daxil olan ixrac sifarişlərinin artmasıdır.

 “İxrac İcmalı” ilə bağlı ətraflı məlumat burada.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018

Azərbaycan qeyri-neft ixracından nə qədər qazanıb?

20-11-2017

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

01-07-2022

“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

01-08-2022

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

23-08-2017

Azexport-a 193 milyon dollar ixrac sifarişi daxil olub

17-07-2017

Azexport.az portalına 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

27-12-2018

Azərbaycandan əsas nə ixrac olunur?- İcmal

19-06-2017

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

31-08-2022

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025

"Azərkosmos"un ixrac gəlirləri azalıb

28-11-2025

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025

"Azərkosmos"un ixrac gəlirləri 43 % azalıb

02-01-2023

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

Azərkosmos-un gəlirləri açıqlandı

18-01-2018

Azərkosmos 15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib

01-03-2019

"Azərkosmos"un ixrac gəlirləri azalıb

29-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə