Previous Next
Bağla

Azərbaycandan əsas nə ixrac olunur?- İcmal

19-06-2017 16:27
Azərbaycandan əsas nə ixrac olunur?- İcmal

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun ayı üçün sayı təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, icmalın bu sayında 2017-ci ilin may ayında qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.

May ayı üzrə ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, emal olunmamış aşqarlanmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri və konsentratları, günəbaxan və ya saflor yağı, alma, soğan və s. dir.

2017-ci ilin 5 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olmuşdur. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak etmişdir. 2017-ci ilin 5 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.

Azexport.az portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 milyon ABŞ dolları olub.

May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı , çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır.

 Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, may ayı ərzində Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan Azexport.az portalına daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına və s., ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara və s., Hindistandan nar şirəsinə, konyaka və s. daxil olub.

 Ümumilikdə isə Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında 27 milyon ABŞ dolları, aprel ayında 29.9 milyon ABŞ dolları, may ayında 19 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə götürdükdə 2017-ci ilin 5 ayı ərzində Azexport.az portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

 “İxrac İcmalı”nın müntəzəm olaraq, yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

 “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

23-08-2017
Azexport-a 193 milyon dollar ixrac sifarişi daxil olub

Azexport-a 193 milyon dollar ixrac sifarişi daxil olub

17-07-2017
Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018
Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

24-05-2017
Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018
Azexport.az -a 444.6 milyon sifariş daxil olub

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017
Azexport.az-a 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Azexport.az-a 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub

11-04-2017
“Azexport”a olan sifarişlər azalıb

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022
Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018
Azexport.az-a 81,5 milyon sifariş daxil olub

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018
Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

24-10-2017
Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022
Azərbaycan qeyri-neft ixracından nə qədər qazanıb?

Azərbaycan qeyri-neft ixracından nə qədər qazanıb?

20-11-2017
Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019
“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

01-07-2022
"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

31-08-2022
Azexport.az portalına 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

Azexport.az portalına 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

27-12-2018
“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

01-08-2022
Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019
“Azərkosmos”un ixrac gəlirləri azalıb

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025
Azexport.az-a olan sifarişlərin həcmi açıqlanıb

Azexport.az-a olan sifarişlərin həcmi açıqlanıb

30-11-2022
"Azərkosmos"un ixrac gəlirləri 55 faizdən çox artıb

"Azərkosmos"un ixrac gəlirləri 55 faizdən çox artıb

02-06-2026
"Azərkosmos"un ixrac gəlirləri azalıb

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025
"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

24-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə