Previous Next
Bağla

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018 13:01
Azexport.az-a 81,5 milyon sifariş daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayı təqdim olunub.

Xeberler.az bildirir ki, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon ABŞ dolları).

Yanvar ayı ərzində Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xurma (13 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında Azərkosmos ASC peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib. Azərkosmos ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.

İİTKM-in departament rəhbəri Ramil Hüseyn bildirir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 70 faiz artaraq 1 milyard 22 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin yanvar ayı ərzində Azexport.az portalına 81.5 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin 01 yanvar tarixindən 2018-ci ilin 31 yanvar tarixinə kimi Azexport.az portalına dünyanın 78 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 556.6 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (22 %), Türkiyə (8%), Ukrayna (8%), Səudiyyə Ərəbistanı (6%) və Birləşmiş Ərəb Əmirlikləri (6%) qərarlaşıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019

Azərkosmos 15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib

01-03-2019

Azərkosmos-un gəlirləri kəskin artıb

31-05-2018

Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

24-10-2017

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

01-07-2022

İxrac İcmalı-nın noyabr sayı təqdim olunub

03-12-2018

“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

01-08-2022

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

31-10-2018

Azərkosmos-un gəlirləri açıqlandı

18-01-2018

Azexport.az portalına 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

27-12-2018

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

02-10-2018

Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

23-08-2017

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

28-06-2019

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

02-04-2023

“Azərkosmos”un ixrac gəlirləri artıb

31-10-2022

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

24-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə